Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə “Türkmenaraqatnaşık” arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Aşqabad şəhərində keçirilən beynəlxalq sərgi-konfransda iştirak edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin 9-10 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində informasiya təhlükəsizliyi, rabitə, rəqəmsal transformasiya, “ağıllı şəhər” texnologiyaları və innovasiyalara həsr olunmuş “TürkmenTEL-2023” adlı beynəlxalq sərgi-konfrans keçirilib. İnformasiya-kommunikasiya texnologiyaları üzrə rəhbər şəxslər, ekspertlər və innovatorların da qatıldığı, təcrübə mübadiləsi, şəbəkələşmə imkanları və əməkdaşlığın təşviq edildiyi tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Tədbirdə Xidmətin rəis müavini general-mayor Allahverən İsmayılov informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi, eləcə də Xidmətin digər fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyi “Türkmenaraqatnaşık” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə həmçinin İT həllər, yeni texnologiyalar və peyk rabitəsi, informasiya təhlükəsizliyi sahəsində əldə olunmuş ən son nailiyyətlər və tendensiyalar mövzusunda təqdimatlar, interaktiv panel müzakirələri, texniki sessiyalar və nümayişlərə də yer ayrılıb.

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031