Bakıda kibertəhlükəsizlik üzrə tədbir keçirilib
Oktyabrın 26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence Challenge 2023”) start verilib. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir.

Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azerconnect” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və BP şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibli 20 komandası 2 gün ərzində yarışacaqlar.

Tədbirin son günündə qalib komanda 30 min manat məbləğində mükafat əldə edəcək.

Təşkilatçılar tərəfindən tədbir günləri ərzində informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, 5 panel müzakirəsi, eləcə də ödənişsiz 6 fərqli sahə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Bütün qonaqlar kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib hədiyyələr qazanmaq imkanlarına malikdirlər.

Qeyd edək ki, kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.

Son xəbərlər

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930