Milli Məclisin yeni deputatları hansı dilləri BİLİRLƏR...

VII çağırış Milli Məclisdə bir sıra yeni simalar var. Maraqlıdır ki, yeni deputatlar neçə dil bilirlər?

Modern.az bununla əlaqədar deputatlar arasında sorğu keçirib.

Elçin Mirzəbəyli rus dilini səlis bildiriyini deyib: "Azərbaycan türkcəsini - ana dilimi bilmək, bütövlükdə isə Altay dil ailəsinin Türk dilləri qrupuna aid olan dilləri ən azı başa düşmək boynumun borcudur. Bununla yanaşı, təhsilimin bir hissəsi rus dilində olduğu üçün bu dildə də özümü sərbəst şəkildə ifadə edirəm".
Deputat ingilis dilini isə təkmilləşdirməyə çalışdığını deyib: "İngilis dili bilgim mətnlərlə işləməyim üçün çətinlik yaratmır, amma zəifdir. Təkmilləşdirməyə çalışıram".

Nigar Məmmədova 3 xarici dil bildiyini deyib: "Rus, ingilis və fransız dillərini səlis bilirəm".

Fariz İsmayılzadə sualımıza belə cavab verib: "Mən rus sektorunda oxumuşam. Ona görə də bu dili səlis bilirəm. Eləcə də ABŞ-da təhsil aldığımdan ingilis dili biliyim də mükəmməldir. İspan və türk dillərini isə aşağı səviyyədə bilirəm".

Günay Ağamalı rus, türk və ingilis dillərini bilir.

Azər Allahverənov rus, türk və ingilis dillərini bilir.

Mehriban Vəliyeva rus və türk dillərini bilir.

Azər Əmiraslanov da ingilis, rus və türk dillərini bilir.

Arzuxan Əlizadə: “Rus dilini sərbəst bilirəm. İngilis dilini isə başa düşürəm, vaxtım olsa, danışıq üçün əlavə hazırlaşmağı düşünürəm”.

Elşad Musayev: “Rus və türk dillərini bilirəm. İngilis dilini isə zəif bilirəm”.

Rizvan Nəbiyev: “Alman dilini bilirəm. Hətta bir müddət cənab Prezidentin alman dili üzrə tərcüməçisi olmuşam. İngilis dilini yaxşı bilirəm. Başlanğıc səviyyədə erməni və fars dillərini də bilirəm”.

Samir Vəliyev rus və ingilis dillərində sərbəst danışır.

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930