
Xəbərlər
17.01.2025, 23:27
BELA ZƏNGİBASARLI : AXI NİYƏ TALAN OLDUN - FOTO
AXI NİYƏ TALAN OLDUN
Dünya, səndən gileyim var,
Mərhəmətin olmadı heç.
Yaxşıları yola saldın,
Amma yeri dolmadı heç.
Yırtıcılar dağıtdıqca,
Çıxartmadın bir səsini.
Yazıqlara qənim olub,
Kəsdin çox vaxt nəfəsini.
İnsanlığı taptalayıb,
Nadanlığı tac elədin,
Əlacsızın, çarəsizin,
Başına hey kül ələdin.
Süründürdün ilan kimi,
Halallıqla yaşayanı.
Dərdi,qəmi bir yük kimi,
Kürəyində daşıyanı.
Namussuza həyat verdin,
Təmizlərə qüssə, kədər.
Dürüst, halal, doğruların,
Zəhmətini etdin hədər.
Niyə belə ədalətsiz,
Niyə belə yalan oldun?
Acgözlərin nəfsiylə sən,
Axı niyə talan oldun?
Mərhəmətin olmadı heç.
Yaxşıları yola saldın,
Amma yeri dolmadı heç.
Yırtıcılar dağıtdıqca,
Çıxartmadın bir səsini.
Yazıqlara qənim olub,
Kəsdin çox vaxt nəfəsini.
İnsanlığı taptalayıb,
Nadanlığı tac elədin,
Əlacsızın, çarəsizin,
Başına hey kül ələdin.
Süründürdün ilan kimi,
Halallıqla yaşayanı.
Dərdi,qəmi bir yük kimi,
Kürəyində daşıyanı.
Namussuza həyat verdin,
Təmizlərə qüssə, kədər.
Dürüst, halal, doğruların,
Zəhmətini etdin hədər.
Niyə belə ədalətsiz,
Niyə belə yalan oldun?
Acgözlərin nəfsiylə sən,
Axı niyə talan oldun?
17.01.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay