Aydanla Hökümə Azərbaycanın tarixinə düşdü...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Sərəncamla qəza zamanı sağ qalan ekipaj üzvlərindən Zülfüqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Bununla da Azərbaycanda bu yüksək ordenlə təltif olunanların sayı 7-ə çatıb. Aydan Rəhimli isə bu ordenə layiq görülən ilk qadın kimi tarixə düşüb.

Sonuncu dəfə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə ötən il Vasif Tağıyev təltif olunub. O, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə bu ordenə dövlət başçısı tərəfindən layiq görülüb.

2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir.

Daha əvvəl 1-ci dərəcəli “Rəşadət” ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.

Qeyd edək ki, “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara bir sıra hallarda verilir. Buna fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlər və eyni zamanda, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlər daxildi ki, bu qəhrəmanlığı da təyyarənin bütün ekipak üzvləri göstərib.

Qeyd edək ki, təyyarənin həlak olan digər ekipaj üzvləri - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunublar.

Onu da əlavə edək ki, bu təltifdən sonra Hökümə Əliyeva Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu. Buna qədər şəhid jurnalist Salatın Əsgərova, şəhid hərbi tibb qulluqçusu, baş leytenant Gültəkin Əsgərova da bu fəxri ada layiq görülüb. Maraqlıdır ki, Gültəkin Əsgərova da Hökümə Əliyeva kimi 31 yaşında Milli Qəhrəman olub. Gültəkin, Salatın Əsgərova birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmışdısa, Hökümə Əliyeva müstəqillik tariximizin ilk qadın Milli Qəhrəmanı kimi adını yaddaşlara yazdırdı.

Emin Səfərov

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930