
Xəbərlər
26.03.2020, 12:21
Fransada son sutkada koronavirusdan 231 nəfər ölüb

Son 24 saatda Fransada 230-dan çox insan koronavirus xəstəliyinin qurbanı olub. Ölkə ərazisində virusdan ölənlərin ümumi sayı 1331 nəfərdir.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon məlumat verib.
“Fransada ümumilikdə 25 233 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 1331-dir, onlardan 231 nəfər son sutka ərzində ölüb”, - Salomon belə deyib. Onun sözlərinə görə, ölənlərin 86%-dən çoxu 70 yaşından yuxarı insanlardır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










