
Xəbərlər
24.07.2026, 11:50
Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO
Bəzən baxsa da gözlər
Ağı qaradan seçmir.
Bəzən bir quru loxma
Geniş boğazdan keçmir.
Bu dünya sirli dünya
Qaralı nurlu dünya.
Savablar yoxa çıxıb
Günahla varlı dünya.
Haqqın yolu daralıb
Nəfsə könül sarılıb.
Vicdan susan yerdəcə
Ümidlər də qırılıb.
Yenə də ümid ölməz
Haqqın çırağı sönməz
Qaranlıqlar olsa da
Günəş yolundan dönməz.
Ağı qaradan seçmir.
Bəzən bir quru loxma
Geniş boğazdan keçmir.
Bu dünya sirli dünya
Qaralı nurlu dünya.
Savablar yoxa çıxıb
Günahla varlı dünya.
Haqqın yolu daralıb
Nəfsə könül sarılıb.
Vicdan susan yerdəcə
Ümidlər də qırılıb.
Yenə də ümid ölməz
Haqqın çırağı sönməz
Qaranlıqlar olsa da
Günəş yolundan dönməz.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













