Xəbərlər
18.07.2023, 23:30
DÜNYA : Müəllif : Günel TürkSoy - FOTO
DÜNYA
Qələmdən süzülüb doğulur,sonra.
Kağızın üstündə böyüyur DÜNYA.
Dönüb kitab olub,her varağına
Bir insan ömrünü bürüyür Dünya.
Bəzən uşaq olur,bəzəndə qoca,
Bəzən alçaq olur,bəzəndə uca
Bəzən çiyinlərdən tutub astaca
Zariya-zarıya yeriyir dunya.
Birgün qaş-qabaglı,birgündə gülür
Bir gun cana gəlir,bir gün də ölür
Ərk edib dərdini bizimlə bölür
Dərdi azaldıqca kiriyir dünya
Gah buz olub,gah alışıb yansada
Yaxşı nədir,yaman nədir qansada
Nəqədər ozunu guclu sansada
Gozəllik önündə əriyir dünya.
Ayırıb anadan neçə balanı,
Ağlar qoyub ona möhtac qalanı,
Özü üçün ləqəb seçib yalanı,
Yıxıb doğruları sürüyür dünya!
Kağızın üstündə böyüyur DÜNYA.
Dönüb kitab olub,her varağına
Bir insan ömrünü bürüyür Dünya.
Bəzən uşaq olur,bəzəndə qoca,
Bəzən alçaq olur,bəzəndə uca
Bəzən çiyinlərdən tutub astaca
Zariya-zarıya yeriyir dunya.
Birgün qaş-qabaglı,birgündə gülür
Bir gun cana gəlir,bir gün də ölür
Ərk edib dərdini bizimlə bölür
Dərdi azaldıqca kiriyir dünya
Gah buz olub,gah alışıb yansada
Yaxşı nədir,yaman nədir qansada
Nəqədər ozunu guclu sansada
Gozəllik önündə əriyir dünya.
Ayırıb anadan neçə balanı,
Ağlar qoyub ona möhtac qalanı,
Özü üçün ləqəb seçib yalanı,
Yıxıb doğruları sürüyür dünya!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












