Xəbərlər
24.07.2026, 12:51
Marşrutlar dəyişə bilər, etibar dəyişməz - “Sara Logistics” MMC - Fotolar
İqtisadiyyatın davamlı inkişafı logistika və yükdaşıma xidmətlərinə olan tələbi hər il sürətlə artırır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, regionun mühüm nəqliyyat və tranzit mərkəzlərindən birinə çevrilməsi məhz logistika sektorunun inkişafı üçün geniş imkanlar yaradır. Bu prosesdə logistika şirkətlərinin də rolu danılmazdır.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, uzun illərdir bu sahədə uğurla fəaliyyət göstərən “Azera Holdinq”ə daxil olan “Sara Logistics” MMC müştərilərinə kompleks yükdaşıma xidmətlərini təqdim etməyə davam edir.
Şirkətin fəaliyyəti, son illərdə həyata keçirdiyi yeniliklər və gələcək hədəfləri barədə şirkətin direktoru Ülvi Ocaqlı sualları cavablandırır.
- Ülvi bəy, “Sara Logistics” bu gün ölkəmizdə logistika sektorunda aparıcı şirkətlərdən biri hesab olunur. Şirkətin fəaliyyət istiqamətləri, təqdim olunan xidmətlərinə nəzər salmaq istərdik.
- “Sara Logistics” MMC yarandığı gündən ölkəmizin nəqliyyat-logistika xəritəsində etibarlı tərəfdaş kimi tanınmağı qarşısına məqsəd qoyub. Fəaliyyətimizin əsas hissəsini dəmiryolu daşımaları təşkil edir. Geniş vaqon parkımız, xüsusilə multimodal daşımalarda mühüm rol oynayan fitting platformalarımız vasitəsilə həm standart, həm də irihəcmli yüklərin regionlararası daşınmasını peşəkar səviyyədə idarə edirik. Təbii ki, coğrafiyamız da kifayət qədər genişdir. Azərbaycanın daxili bazarı ilə yanaşı, Çin (xüsusilə əsas ticarət qovşaqları, o cümlədən Quançjou və s. sənaye mərkəzləri), Mərkəzi Asiya, Türkiyə, Rusiya və Avropa istiqamətlərində strateji nəqliyyat dəhlizləri vasitəsilə birbaşa və multimodal daşıma xidmətləri təqdim edirik.
- Logistika bazarında rəqabət getdikcə artır. “Sara Logistics”, digər logistika şirkətlərindən fərqli olaraq müştərilərə hansı üstünlükləri təklif edir?
- Bazardakı rəqabət bizi hər zaman daha mükəmməl həllər təklif etməyə sövq edir. Bizim əsas fərqimiz və rəqabət üstünlüyümüz müştəriyə “A-dan Z-yə” tam zəncirvari və fərdiləşdirilmiş xidmət təqdim etməyimizdir. Xüsusilə böyük və qabaritsiz yüklərin müstəqil şəkildə platformalara yüklənməsi, bərkidilməsi və daşınması proseslərini tamamilə öz üzərimizə götürürük. Fəaliyyətimizdə təhlükəsizlik və idarəetmə standartlarını (ISO 28000 Təchizat Zəncirində Təhlükəsizlik İdarəetmə Sistemi və s.) və Incoterms qaydalarını (beynəlxalq ticarət şərtləri) ciddi şəkildə tətbiq edirik. Eyni zamanda müştərilərimizi sərhəd-keçid məntəqələrində vaxt itkisindən azad etmək üçün operativ gömrük rəsmiləşdirilməsi və məsləhət xidmətləri də tərəfimizdən təklif olunur.
- Sifarişçilər əsasən yüklərin daha sürətli və təhlükəsiz daşınmasını tələb edirlər. Sizdə bu tələblər necə qarşılanır?
- Logistikada zaman və təhlükəsizlik iki əsas amildir. Müştərilərimiz yüklərini bizə etibar edərkən bilirlər ki, onların biznes prosesləri ləngiməyəcək. Şüarımızda da qeyd etdiyimiz kimi: “Marşrutlar dəyişə bilər, etibar dəyişməz”. Təhlükəsizliyi təmin etmək üçün daşıma sənədlərinin hazırlanmasından yükün son nöqtəyə çatdırılmasına qədər hər bir mərhələyə şirkətimiz tərəfindən ciddi nəzarət olunur. Dəmir yolu və multimodal nəqliyyat zəncirində risklərin minimallaşdırılması məqsədilə qabaqcıl monitorinq texnologiyalarından istifadə edirik. Hər bir yük layihəsi, peşəkar komandamız tərəfindən fərdi şəkildə planlaşdırılır ki, bu da gözlənilməz gecikmələrin qarşısını alır.
- Azərbaycanın logistika və yükdaşıma sektorunun mövcud inkişaf səviyyəsini və gələcəyini necə qiymətləndirirsiniz?
- Azərbaycanın logistika sektoru hazırda özünün tarixi inkişaf və transformasiya dövrünü yaşayır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi gücü və regiondakı strateji mövqeyi daha da möhkəmlənir. Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit potensialının artırılması, rəqəmsallaşma və hüquqi-institusional islahatlar logistika sektorunun inkişafını təmin edir. Eyni zamanda logistika sahəsinə yönələn investisiyalar, müasir logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması, ölkəmizin regional tranzit qovşağı kimi mövqeyini daha da gücləndirir və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.
- Ölkəmizin regionun logistika mərkəzinə çevrilməsi perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən strateji logistika habıdır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) hazırda qlobal tədarük zəncirinin ən təhlükəsiz, qısa və iqtisadi cəhətdən səmərəli alternativinə çevrilmişdir. Çindən gələn yüklərin Xəzər dənizi və ölkəmizin dəmir yolları vasitəsilə Avropaya çatdırılması bu dəhlizin əhəmiyyətini artırır. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində mövcud olan potensial ölkəmizin tranzit imkanlarını ikiqat artırır. Azərbaycanın bu irimiqyaslı beynəlxalq dəhlizlərin mərkəzi faktoru kimi çıxış etməsi, ölkəmizin regionun mütləq logistika mərkəzinə çevrilməsini qaçılmaz edir. Biz də “Sara Logistics” olaraq infrastrukturumuzu bu dəhlizlərin tələblərinə uyğunlaşdırırıq.
- “Sara Logistics” MMC son illərdə yükdaşıma sahəsində hansı yenilikləri həyata keçirib? Beynəlxalq sərgilərdə iştirak şirkətin fəaliyyətinə necə təsir göstərir?
- Son illərdə “Sara Logistics” olaraq fəaliyyətimizdə texnoloji və əməliyyat yeniliklərinə böyük üstünlük vermişik. İri layihə yüklərinin (məsələn, Ref Group və digər böyük sənaye qrupları üçün keçirilən əməliyyatlar) fitting platformalar üzərində müstəqil şəkildə planlaşdırılması və mühəndislik həlləri ilə yüklənməsi bizim əsas əməliyyat yeniliklərimizdəndir. Beynəlxalq sərgilərdə, xüsusilə regionun ən nüfuzlu tədbirlərindən olan “TransLogistica Caspian” sərgisində iştirakımız şirkətimiz üçün yeni üfüqlər açır. Bu platformalar bizə həm mövcud statusumuzu möhkəmləndirməyə, həm də xarici logistika nəhəngləri, qlobal istehsalçılarla birbaşa tərəfdaşlıq əlaqələri qurmağa imkan verir. Onu da qeyd edim ki, uzun illərdir ki, şirkətimiz logistika sektorunda etibarlı tərəfdaş kimi tanınır. Hazırda yerli və beynəlxalq şirkətlərlə səmərəli əməkdaşlığımızı davam etdiririk. Bundan sonra xidmət keyfiyyətini daha da artıraraq, müştərilərimizə təhlükəsiz, operativ və səmərəli logistika xidmətləri təqdim etməyə davam edəciyik.
+994 12 404 04 00
www.saralogistics.az
Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 1222

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay