UEFA Avropa Liqasının II təsnifat mərhələsində səfərdə “Qarabağ”ın qonağı olan Bolqarıstan təmsilçisi ÇSKA 0:0 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ÇSKA-nın baş məşqçisi Hristo Yanev oyun haqda fikirlərini bölüşüb:

– Nəticəyə görə təbriklər. Cavab görüşündən nə gözləyirsiniz?

– Bizim üçün bu oyun çox vacib idi. Futbolçular özlərini çox yaxşı gördülər. Revanş matçında da belə davam edəcəklər. Bütün futbolçular çox motivasiyalı idilər. Onların ailələri də oyuna baxır, izləyir.

– “Qarabağ” “Slaviya”dan daha güclü rəqibdir. Niyə bu gün zəif çıxış etdiniz?

– Hər komandaya hörmətlə yanaşırıq. Hər dəfə planlaşdırdığımız kimi olmur. Sadəcə qarşımızda məqsəd var. Qarşıdakı matçı da udmaq istəyirik ki, mərhələ adlayaq.

– Bolqar jurnalistlər zala daxil olarkən, sizi alqışladılar, heç-heçəyə görə sizi təbrik edirlər. “Qarabağ”la səfərdə heç-heçə sizin üçün bu qədər böyük nəticədir?


– “Qarabağ” çox güclü klubdur. Hər kəs bunu bilir. Biz də bunu başa düşürük. “Qarabağ”ın futbolçuları çox güclüdür. Buna görə də düşünürdülər ki, vəziyyət başqa cür də ola bilər. Bərabərlik bizim üçün yaxşıdır.

– Fasilədə futbolçularınıza nə dediniz?

– “Qarabağ”ın oyunçuları çox güclü oynayırdılar. Fasilədə futbolçularıma dedim ki, ehtiyatlı oynasınlar. Danışdıq ki, elə oynayaq, qol buraxmayaq. Bunların hamısını nəzərə alaraq, hücum da etdik. Amma daha çox qol buraxmamağa çalışırdıq.

– UEFA-nın cəzasına görə, Bakıdakı matçda azarkeşləriniz olmadı. Sofiyadakı görüşdə isə fanatlarınız öz yerini alacaq. Bu məqam emosional olaraq, sizə nə dərəcədə kömək edəcək?

– Azarkeşlərimiz bizə həmişə dəstəkdir. Bakıda olmasalar belə... Cavab matçında azarkeşlərin dəstəyi olacaq. Onlar bizi irəli səsləyəcək.

– Cavab görüşü haqda fikriniz necədir? O oyuna necə hazırlaşacaqsınız?

– Sxemdə dəyişikliklər olacaq, öz səhvlərimizi bilirik. Həmin mövqelərdə düzəlişlər ediləcək. Stadion tam dolu olacaq. Revanş oyununa çox ümidliyik. Qalib olacağımıza çox inanırıq.

Son xəbərlər

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031