"Məktəbəqədər və aşağı sinif şagirdlərinin onlayn ünsiyyətinə nəzarət etmək həm məqsədəuyğundur, həm də zəruridir".

Bu mövzuda Gazeta.ru saytına rusiyalı pedaqoq-psixoloq Şamil Axmadullin məlumat verib.

Onun sözlərinə görə, indi bir çox bağça uşağının səsli və videomesajlaşma funksiyası olan ağıllı saatları, yaxud mobil telefonları mövcuddur. Yeddi yaşı olan uşaq yazmağı bacarsa da, o hələ kiberdələduzluq təhlükəsini, tanımadığı şəxslərə foto göndərməyin yolverilməzliyini və ya onlayn oyunlardakı həmyaşıdının əslində yaşlı biri ola biləcəyini dərk etmək iqtidarında deyil.

"Burada valideyn nəzarəti sərhədlərin pozulması deyil, birbaşa qoruma vəzifəsidir. Həmin dövrdə parollardan xəbərdar olmaq, uşağın kimlərlə əlaqə saxladığını izləmək, xüsusi filtrlər tətbiq etmək və qadcetləri ortaq istifadə sahələrində saxlamaq tələb olunur. Lakin prosesi gizli təqibə çevirməmək mütləqdir. Ən yaxşısı bunu açıq şəkildə bildirməkdir: "Sənin yaşın az olduğu üçün mən cihazındakı fəaliyyətlərinə nəzarət edirəm. Bu, avtomobildə təhlükəsizlik kəməri taxmaq kimi sənin müdafiən üçündür". Uşaqlar onlara qoyulan qaydaları dəqiq şəkildə anlamalıdırlar", - deyə mütəxəssis vurğulayıb.

Orta məktəb dövründə (orta hesabla 9-12 yaş arası) isə sərbəstlik tədricən artırılmalıdır. Bu yaş aralığı bir növ keçid mərhələsidir. Uşağın düşüncəsi daha da formalaşır və şəxsi sirləri meydana gəlir ki, bu da normal inkişaf göstəricisidir. Bu zaman kəsiyində tam nəzarət artıq zərərli ola bilər: mesajları xəbərsiz oxunan uşaqlar gizlin hərəkət etməyə, saxta profillər yaratmağa və məhdudiyyətləri aşmağa meyilli olurlar.

"İnanın, o bunu asanlıqla öyrənəcək. Şiddətli nəzarəti davam etdirmək əks reaksiya verəcək və övladınızın inamını sarsıdacaq. Davamlı izləmək əvəzinə ortaq məxrəcə gəlmək daha məqsədəuyğundur. Onlarla kibertəhlükəsizlik məsələlərini təhlil edin: yadlarla danışmamaq, fərdi məlumatları və şəkilləri paylaşmamaq, şübhəli və ya qorxuducu hərəkət edən şəxslər barədə valideynə məlumat vermək. Bəzən mesajlara birlikdə nəzər salmaq barədə razılığa gəlin. Yaxud uşaqda şübhə yaradan istənilən məqamı, xüsusən də yad profilləri sizə göstərməsini xahiş edin. Vəziyyətin ciddiyyətini anlamaq üçün onlara maarifləndirici videolar izlədin. Beləliklə, nəzarət prosesi təhlükəsizlik naminə müştərək əməkdaşlığa çevriləcək", - pedaqoq tövsiyə edib.

Yeniyetməlik dövründə isə şəxsi məkanın toxunulmazlığı xüsusi əhəmiyyət daşıyır. Onlar üçün fərdi yazışmalar müstəqil şəxsiyyət kimi formalaşmağın bir parçasıdır və mesajların gizlicə oxunması xəyanət kimi qiymətləndirilir. Valideynini bu cür hərəkət edərkən görən yeniyetmə uzun müddətə inamını itirir və özünə qapanır. Odur ki, burada qayda olduqca sadədir: şəxsi həyata hörmətlə yanaşılmalıdır. Ekspert əlavə edib ki, bu qaydanın yeganə istisnası yalnız ciddi təhlükənin olmasına əsaslı şübhələr yarandığı anlardır.

Son xəbərlər

Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Marşrutlar dəyişə bilər, etibar dəyişməz - “Sara Logistics” MMC - Fotolar

İki reklamdan 75 milyon alacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031