Xəbərlər
17.11.2024, 20:27
Argentina G20 sammitinin kommünikesini bloklamaqla hədələyir
Argentina vergi və ətraf mühitlə bağlı müddəalarla razılaşmadığı üçün Braziliyada keçirilən İyirmilik Qrupunun (G20) sammitinin yekun kommünikesini bloklamaqla hədələyir.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Argentina hökuməti Braziliyada keçirilən G20 zirvə toplantısını köhnə və yeni qüvvələr arasında mübarizəyə çevirmək istəyir" – Bu barədə Braziliya rəsmilərindən biri qəzetə deyib.
Onun sözlərinə görə, bir illik vergi danışıqları və konsensusdan sonra onlar əvvəl razılaşdıqları yerdə problemlər yaradırlar.
Qeyd olunur ki, Buenos-Ayresin etirazları “ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi” məsələlərinə aiddir.
FT vurğulayıb ki, diplomatlar həmçinin iqlim dəyişikliyi və beynəlxalq siyasi məsələlər, o cümlədən Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyətlə mübarizə üçün layihələrin maliyyələşdirilməsində konsensusa nail olmağa çalışırlar. Nəşrin məlumatına görə, tərəflər bu mövzuların müzakirəsində irəliləyiş əldə ediblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay