ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yayıb
Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda deyilir: “Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik.

İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib.

Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.

Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə çoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq.

Bizim həyatımızı yerli hüquq-mühafizə orqanları xilas edə bildi. Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini tələb edirik.

Frank Peloni Azərbaycanda ədalət mühakiməsinə cəlb olunmalıdır.

Biz hüquq-mühafizə orqanlarına məruz qaldığımız şiddət və xəsarətlər barədə rəsmi ərizə ilə müraciət edəcəyik”.

İmza:

Könül Behdudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Naibə Behdudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri

Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri

Rahilə Mehtiyeva - "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri

Amin Məmmədov - “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi

Asim Məmmədov - “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri

Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri

Nailə İsmayılova - Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimai Birliyi

Fatma Hacıyeva - "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri

Fuad Kərimli - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin fəalı

Elçin Muxtarlı - Sağlamlığa Xidmət İctimai Birliyinin sədri

Zülfiyyə Nuriyeva - Sosial-İqtisadi və Kənd Təsərrüfatını İnkişafına Dəstək İctimai Birliyinin sədri

Ruxsarə Axundova - “Könül Evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri

Mehriban Abdullayeva - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri

İradə Rizazadə - Vətəndaşların Sosial Rifahi Naminə İctimai Birliyinin sədri

Rəşad Mehdiyev - "Gilavar Foto Klubu" İctimai Birliyinin sədri

Elşad Məmmədli - Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin fəalı

Araz Əhmədov - "İnternat Məzunlarının Sosial İnteqrasiyasi" Gənclər İctimai Birliyinin sədri

Cəsarət Hüseynzadə - İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri

Mahirə Əmirhüseyova - XXI əsrin Qadınları İctimai Birliyinin sədri

Ədil Ədilzadə - Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri

Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri

Dünyaxanım Əliyeva – “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri.

ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yayıb
ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yayıb
ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yayıb

Son xəbərlər

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031