Qurban Qurbanov: Norveç klubunun digər rəqiblərimizdən üstün cəhətləri çoxdur
"Sabah intizamlı komandaya qarşı oynayacağıq".

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirəcəkləri IV tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis Norveç futbolunun son illər olduqca inkişaf etdiyini söyləyib: "Rəqibin özünəxas oyun tərzi var. Bu klubun qarşılaşdığımız digər rəqiblərimizdən üstün cəhətləri çoxdur. Hətta deyə bilərəm ki, İngiltərənin "Tottenhem", Niderlandın "Ayaks" kollektivlərindən də üstündürlər".

O, futbolçularının sabah meydana qələbə üçün çıxacaqlarını bildirib: "İnanıram ki, oyunçularımız yaxşı nəticə üçün əllərindən gələni edəcəklər. Bu komanda qarşısında şanslarımızı 50-nin 50-yə dəyərləndirirəm. Məğlub da ola bilərik, qalib də gələ bilərik. Sadəcə onu deyə bilərəm ki, müsbət nəticə üçün 90 dəqiqədə çox intizamlı və diqqətli oynamalıyıq".

Noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Son xəbərlər

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031