Şanlı tariximizin qürurlu səhifəsi —ZƏFƏR GÜNÜ - FOTO

30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistanla danışıqlar aparmağa, münaqişəni sülh yolu ilə nizamlamağa çalışdıq. Ermənistan isə sadəcə olaraq vaxt udmaq, status-kvonu möhkəmləndirmək, torpaqlarımızı əbədi olaraq işğalda saxlamaq niyyətində idi. "Böyük Ermənistan" xülyasında olan işğalçıların "iştahası" getdikcə artırdı. Odur ki, bütün cəhdləri ilə işğal altında olan əraziləri qaytarmaq fikrində olmadığını, əksinə, ölkəmizin yeni ərazilərini işğal etmək məqsədi güddüyü bu ölkə rəsmilərinin bəyanatlarında və davranışlarında da bunlar açıq-aşkar görünürdü.
Təbii ki, Azərbaycan xalqı bu işğalla barışa bilməzdi, gec-tez ədaləti bərpa edəcəkdi, öz tarixi torpaqlarına qovuşacaqdı. Yurd həsrəti, torpaq həsrəti ilə alışıb yanan hər bir azərbaycanlının, bütöv bir xalqın həyəcanla gözlədiyi o gün 2020-ci ilin 27 sentyabr tarixi oldu. O tarix ki, Xalqımızın yeni qəhrəmanlıq salnaməsinin başlanğıc günü kimi tarixə düşdü.

Şanlı tariximizin qürurlu səhifəsi —ZƏFƏR GÜNÜ - FOTO

Növbəti dəfə işğalçı ölkə bizim əsəblərimizi tarıma çəkdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri növbəti təcavüz aktına başladı. Xalq Ali Baş Komandan ətrafına səfərbər olub, işğala son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Döyüş meydanında şanlı tarix yazan Ordumuz Ermənistanı məğlubiyyətə uğradaraq 30 illik işğala son qoydu və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə bərabər Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirdi.
Şanlı tariximizin qürurlu səhifəsi —ZƏFƏR GÜNÜ - FOTO

Döyüş meydanında ağır məğlubiyyətə düçar olan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri həyata keçirdi. Bərdəyə, Gəncəyə, Tərtərə uzaq mənzilli raketlər atdı. Dinc sakinlər öldü. İnsanlar evsiz, eşiksiz qaldı. Lakin düşmənin hərbi cinayətləri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Xalq yalnız qələbəyə köklənmişdi və onu bu yoldan döndərmək artıq mümkün deyildi.
Azərbaycan Ordusu əzmlə irəliləyir və ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək Zəfərə gedən yolu günbəgün yaxınlaşdırırdı. Artıq “Dəmir Yumruq” qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu və beləliklə, Ordumuzun əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlandı.
Şanlı tariximizin qürurlu səhifəsi —ZƏFƏR GÜNÜ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Artıq həmin Zəfərdən iki il ötür və Azərbaycan xalqı Zəfər Gününü tariximizin ən qürurlu, fəxarətli günü kimi qeyd edir.
İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və dünyanın ən məşhur hərbi institutları tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.
44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə öz gücünü bütün dünyaya sübut edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Şanlı tariximizin qürurlu səhifəsi —ZƏFƏR GÜNÜ - FOTO

Şanlı Qələbəmizdən sonra ölkəmizdə yeni dövr başlayıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri uğurla icra olunur. Həyata keçirilən abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və tarixi abidələrimiz tezliklə bərpa olunacaq, azad Qarabağımıza yeni nəfəs gələcək.
Ermənistan isə həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə törətdiyi cinayətlərə görə cavab verməli olacaq. Artıq Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa İnsan Hüquqları Məhkəməsi təqdim edilib. Ümid edirik ki, Ermənistanın bu cinayətləri beynəlxalq məhkəmələrdə ciddi araşdırılacaq və ədalətli qərar qəbul ediləcək.
Qədirbilən Xalqımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, bizə bu Zəfəri yaşadan Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq. Qarabağ Azərbaycandır!

Mehriban Sultanova.
YAP-nın, Masallı şəhər 1 saylı tam orta məktəbində, sədri

Son xəbərlər

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031