
Xəbərlər
31.10.2024, 21:32
Şəhla Xəlilqızı : Dağ çəkdin sinəyə Şöhrət - FOTO
Dağ çəkdin sinəyə Şöhrət
Qəbələ rayon Zərgərli kənd sakini Mikayıllı Şöhrət İkram oğlunun əziz xatirəsinə ithaf olunur.
O, nakam ananın, nakam övladı,
Ağlatdı acısı doğmanı, yadı,
Çəkmədi nazını, görmədi dadı,
Sönməz bir od qoydun sinəyə, Şöhrət.
Qardaş itkisiylə yaşayan bacı,
De, necə çıxarsın ürəkdən acı?
Atanın ümidi, başının tacı,
Dözüm yox, ağını dinləyə, Şöhrət.
Vətənə borcunu verdin oğul tək,
Ana yoxluğuna dözməyən ürək,
Bir daha göyərməz o, arzu-dilək,
Əcəl aman verməz sevməyə, Şöhrət.
Ürəkdə qaysaqdır bu acı, bu qəm,
Gözlərdə əbədi qoyub getdin nəm,
Ölüncə göynədər bu qəm, bu sitəm,
Tələsdin nədənsə köçməyə, Şöhrət.
Sənli xatirələr əmanət qaldı,
Ayrılıq xəbərsiz qoynuna aldı,
Anasız balaya el layla çaldı,
Çəkdin əbədi dağ sinəyə, Şöhrət,
Yaman tələsdin sən ölməyə, Şöhrət.
Ağlatdı acısı doğmanı, yadı,
Çəkmədi nazını, görmədi dadı,
Sönməz bir od qoydun sinəyə, Şöhrət.
Qardaş itkisiylə yaşayan bacı,
De, necə çıxarsın ürəkdən acı?
Atanın ümidi, başının tacı,
Dözüm yox, ağını dinləyə, Şöhrət.
Vətənə borcunu verdin oğul tək,
Ana yoxluğuna dözməyən ürək,
Bir daha göyərməz o, arzu-dilək,
Əcəl aman verməz sevməyə, Şöhrət.
Ürəkdə qaysaqdır bu acı, bu qəm,
Gözlərdə əbədi qoyub getdin nəm,
Ölüncə göynədər bu qəm, bu sitəm,
Tələsdin nədənsə köçməyə, Şöhrət.
Sənli xatirələr əmanət qaldı,
Ayrılıq xəbərsiz qoynuna aldı,
Anasız balaya el layla çaldı,
Çəkdin əbədi dağ sinəyə, Şöhrət,
Yaman tələsdin sən ölməyə, Şöhrət.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




