Xəbərlər
30.10.2024, 22:00
Bəhreyndə Gimnaziada İdman Oyunlarının bağlanış mərasimi keçirilib - FOTOLAR
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarının bağlanış mərasimi olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə ilk olaraq iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Daha sonra Bəhreynin təhsil naziri Mohammad bin Mubarak Cuma və Beynəlxalq Məktəb İdmanı Federasiyasının birinci vitse-prezidenti Yusif Belqasimi çıxış ediblər.
Rəsmi çıxışlardan sonra Gimnaziada İdman Oyunlarına rəsmən yekun vurulub.
Bağlanış mərasimi bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan 16 növ - aerobika, bədii və idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadanı 26-sı qızıl, 26-sı gümüş, 29-u bürünc olmaqla, ümumilikdə 81 medalla başa vurub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay