
Xəbərlər
12.03.2020, 12:53
Keçmiş məhkumun evindən 3 kiloqramdan artıq narkotik aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Ağayev saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqram 258 qram narkotik vasitə tiryək, 11 qram psixatrop maddə olan metamfetamin və 0,7 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











