Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR
İsmayıllı rayonunun Basqal qəsəbəsi...
Basqalın qəbiristanlığında Şəhidlər körpüsü...
Müəllifi və sponsoru basqallı Ələsgər Səlim oğlu Şirinovdur...
Allah ölənlərinə rəhmət eləsin, Ələsgər qardaşımızın.

12 oktyabr atamın rəhmətə getdiyi gün idi. Təbii ki, Basqala gedib həm onun, həm anamın, həm babamın, nənəmin, digər qohumlarımın məzarlarını ziyarət etməli idim. Basqalda əmim Sərdar və oğlu Pünhanla birlikdə ziyarətgaha getdik. Qəbiristanlığın müəyyən hissəsinin otu biçilmiş, müəyyən abadlıq işləri görülmüşdü. Amma bəzi yerlərdə ot biçilməmiş qalıb. Özümüzə məxsus qəbiristanlığın qapısını açıb içəri girəndə bir anlığa vahimələndim. Biçilməmiş ot, digər alaq otları adamın ayağına dolaşırdı. Məzarlığa gedənədək, çatanadək az qalmışdı bir-iki dəfə yıxılım. Nəsə, özümü birtəhər ora çatdırdım. Atamın da, anamın da qəbirüstü daşları otun çoxluğundan gözə dəymirdi. Əmim doğmalarım üçün "Quran"dan surəni oxuyub başa çatdırana kimi əmim oğlu və mən birtəhər əliyalın qəbirlərin ot basmış sahəsinin müəyyən hissəsini bacardığımız qədər təmizləyib nizama saldıq. Bu işi bir neçə dəqiqəyə gördük, hər halda azacıq olsa da, özümüzdə təskinlik tapdıq, müəyyən qədər rahatlıq hiss elədik. Amma həmin gün gördüyüm mənzərəni özümə heç vaxt bağışlamayacağam...
İşimizi görüb dualarımızı edib, salavatımızı çevirib buradakı meyvələrin dadına baxdıq. Bu ağacları əkmiş ata babam Ağaəlinin ruhuna dualar etdik. Yolboyu söhbət etdik, bildirdik ki, atalarımızın bir məsəli necə də yerinə düşür: "Bağa baxarsan bağ olar, baxmazsan dağ". Rəhmətlik atam Basqalda yaşadığı dövrdə elə gün olmazdı ki, bura baş çəkməsin, qəbiryanı hissədə, ümumən babamın vaxtilə adlandırdığı "gülbağça"da abadlıq işlərini görməsin. Ağacların diblərini belləyər, qurumuş ağacların gərəksiz budaqlarını kəsib atar, qələm kəsdirər, məzarların kənarlarını alaq otlarından təmizləyərdi. Belə də atam yadıma düşdü. Dirilib gəlib bu vəziyyəti
bir anlığa görsəydi, bəlkə də goru çatlardı...
Buradan bikef çıxıb özümü o ki var danladım. Dilxorçuluğum bir müddət davam etdi. Əmioğlumdan xahiş etdim ki, yuxarıda giriş hissədə yazdığım "Şəhidlər körpüsü"ndən keçək. Yolüstü Hacı Həbib Tağıyevin məzarının yanında ayaq saxlayıb salavatımızı çevirdik, dualarımızı etdik. Körpünün üstündən keçərkən uşaqlıq dövrüm bir anlığa gözlərimin önündən keçdi. Burada o ki var oynamışdıq ki... Bu tayla o tayı birləşdirən həmin körpünün altında tay-tuşlarımla müxtəlif oyunları oyanmağım yadıma düşdü. Elə həmin təpəciyin bir başında sinif yoldaşım Zeynal Zeynalovun məzarı görünür. Ona, eləcə də onun burada dəfn edilmiş qohumlarına da dualarımızı oxuduq.
Şəkillərdə gördüyünüz həmin körpü buraya qədəm qoyan hər kəsin gediş-gəlişini çox rahatlaşdırıb. Buradan keçənlər həm ziyarət zamanı rahatlıq hiss edir, həm də dünyalarını dəyişmiş doğmalarının dəfnində çətinlik çəkmirlər. Bu işin müəllifi, təşkilatçısı, maliyyə vəsaitini öz hesabına həll edən Ələsgər Səlim oğlu Şirinovdur. O, çox böyük, xeyirxah, savab işə imza atıb. İllər keçəcək, mən də olmayacağam, Ələsgər də olmayacaq, amma bu körpü yerində duracaq. Durduqca da, bu körpünün üstündən adam keçdikcə də hər kəs Ələsgərə, onun atasına, anasına rəhmət oxuyacaq. Necə ki indi oxuyurlar.
Xeyirxahlıq bu qəsəbədə - Basqalda ata-babalardan qalıb. Zamanında Basqalın dünyagörmüş, zəhmətkeş kişiləri müxtəlif işlərin müəllifləri, təşəbbüskarları olublar. Bu körpüyə paralel yuxarı hissədəki indiki körpünü mərhum Ağaələkbər Ələkbərobun atası Məşədi Ağababa Ələkbərov tikdirib. Əhmədağa müəllimin söylədiklərinə görə, kənd əhalisi özünün ölüsünü buradan apararkən çətinlik çəkirmiş. Hətta bir neçə dəfə meyit sürüşüb yerə də düşübmüş. Bu vəziyyətlə barışmayan Məşədəi Ağababa öz hesabına bu körpünü o dövrün tələblərinə uyğun formada inşa etdiribmiş. Və bundan sonra gediş-gəliş normal hala düşübmüş. Əhali bu gün də həmin körpüdən dahatca keçir. Camaat bu gün də həmin savab işi görən Məşədi Ağababa kişini xatırlayır, ruhuna fatihələr oxuyurlar.
Qəbiristanlığın girəcəyində Mərasim evi də inşa edilir. Mən buradan keçəndə fəhlələrə rast gəldim. Çöhrələrində müəyyən gülümsərlik var idi. Bilirdilər ki, Basqal kimi cənnətməkan, xeyirxahların yaşadığı və uyuduğu bir məkanda çalışırlar...
Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR
Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR
Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR
Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR
Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR
Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR
Daşdəmir Əjdəroğlu : İsmayıllı rayonunun Basqal qəsəbəsi... FOTOLAR

Son xəbərlər

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Qədim Məhəmmədov vəfat edib

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Masazırda 4 avtomobil yanıb

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Azərbaycanla münasibətləri korlamağa çalışan media vasitələrinə Türkiyədən sərt cavab

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031