Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdış hüququnu gözardı etməməlidir - RƏY
Prezident İlham Əliyev böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı bir daha Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvalarına qayıdış hüququnu xatırladıb. Bu məsələ hər zaman gündəmdədir və Qərbi Azərbaycana qayıdış konsepsiyasında bütün məsələlər öz əksini tapıb. Sənəddə də qeyd olunduğu kimi, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi əsas şərtdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla soydaşlarımızın öz yurdlarına geri dönmələrinə şəraitin yaradılması, oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsi əsas hədəflərdən biridir. Bu hədəflərin reallaşması üçün bütün imkanlar səfərbər edilib. Prezident İlham Əliyev Qarabağa, Şərqi Zəngəzura qayıdış hissi yaşayan soydaşlarımız kimi, Qərbi Azərbaycandan olan həmvətənlərimizin də bu sevinci yaşayacağını bəyan etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

Deputat Ermənistan hökumətinin azərbaycanlıların qayıdış hüququnu təmin etməli olduğunu xatırladaraq bildirib: “Təəssüf ki, Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün səyləri nəticəsiz qalır. Beynəlxalq ictimaiyyət, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının insan haqları institutları bu məsələdə dəstək göstərməlidir. Ermənistan Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, azərbaycanlıların tarixi irsini silməyə çalışıb. Lakin buna nail ola bilməyiblər. Çünki tarixi sənədlər, xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları da Azərbaycan mənşəlidir”.

O əlavə edib ki, bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir.

Son xəbərlər

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Qədim Məhəmmədov vəfat edib

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Masazırda 4 avtomobil yanıb

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031