Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıtmalarına beynəlxalq ictimaiyyət də kömək etməlidir - QHT sədri
Tarixə nəzər salsaq görərik ki, azərbaycanlılar zaman-zaman öz dədə-baba yurdlarından qovulublar. Biz öz yurd-yuvamıza qayıtmalıyıq. Bu işdə bizə dünya ictimaiyyəti də yardım etməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Göyçə mahalının Basarkeçər rayonundan olan QHT sədri Səbuhi Abbasov söyləyib.

Qərbi Azərbaycan İcmasının yaranma zərurətinə toxunan Səbuhi Abbasov əlavə edib ki, qədim yurd yerlərinə qayıdışımız, tarixi ədalətin bərpa olunması, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi məsələlərində dost ölkələrin dəstəyinə ehtiyac var. O vurğulayıb ki, bu günlərdə qardaş Türkiyənin Azərbaycandakı səfirinin Qərbi Azərbaycan İcmasına gəlməsinin özü də bir dəstəkdir. Beynəlxalq platformalarda zaman-zaman “Göyçə Azərbaycandır!”, “İrəvan Azərbaycandır” çağırışları edən S.Abbasov bu prosesin daha sistemli şəkildə aparılmasının vacibliyini qeyd edib. Qaçqın düşdüyü Göyçə mahalında hər iki valideyninin, babalarının anadan olduğunu vurğulayan QHT sədri deyib ki, həmin torpaqlar onun ata-baba yurdudur. Onun ATƏT-in yüksək səviyyələri konfranslarında “Göyçə Azərbaycandır!”, “İrəvan Azərbaycandır” kimi çağrışlarla çıxış etməsi isə insan hüquqları baxımından normal hesab olunmalıdır.

S. Abbasov vurğulayıb ki, Azərbaycan xalqı İlham Əliyevin müdrikliyinə bələd idi, 44 günük savaşdan sonra dünya da Liderimizin əzmini, iradəsini gördü, hiss etdi. Bu mənada Qərbi azərbaycanlılar nə qədər tez öz doğma yurd-yuvalarına qayıtsalar, ermənilər üçün bir o qədər də faydalı olar. Əks halda, aqibət bizdən çox onlara və onların havadarlarına yaxşı məlumdur.

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930