Prezident Fərman imzaladı


Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları:

2.1. dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyinin və şəffaflığının yüksəldilməsi məqsədilə göstərdikləri xidmətlərin və daxili idarəetmə proseslərinin (kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) rəqəmsallaşdırılmasını təmin etsinlər;

2.2. sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsinə, eləcə də monitorinqlərin (auditlərin) aparılmasına şərait yaratsınlar və onların nəticələri əsasında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görsünlər;

2.3. sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrində, fərdi məlumatların dövlət informasiya sistemlərinin isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını altı ay müddətində təmin etsinlər.

3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların siyahısının xidmət göstərdikləri binalarda müvafiq məlumat lövhələrində və rəsmi internet səhifələrində yerləşdirilməsini və mütəmadi yenilənməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

5.1. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

3-1.1. dövlət informasiya ehtiyatlarını və sistemlərini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;

3-1.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirsin;

3-1.3. dövlət informasiya ehtiyatları və sistemləri istismara verilməzdən əvvəl onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy versin;

3-1.4. sahibi və operatoru ilə birlikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

3-1.5. Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara inteqrasiya edilən və miqrasiya olunan dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibləri, operatorları, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə zəruri tədbirlər görsün.”;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” üzrə:

5.2.1. 1-ci hissə üzrə:

5.2.1.1. 1.2.1-ci yarımbəndə “publik hüquqi şəxslər” sözlərindən sonra “və digər büdcə təşkilatları” sözləri əlavə edilsin;

5.2.1.2. aşağıdakı məzmunda 1.2.2-1-ci və 1.2.14-1-ci yarımbəndlər əlavə edilsin:

“1.2.2-1. dövlət informasiya sisteminin altsistemi – vahid interfeys əsasında dövlət informasiya sisteminin bir-biri ilə əlaqəli olan bir sıra funksionallıqlarının həyata keçirilməsini təmin edən, proqram təminatı və texnoloji avadanlıqların məcmusu olan struktur hissə;”;

“1.2.14-1. elektron kabinet – dövlət informasiya ehtiyatının və sistemininin istifadəçisini Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, onun özü barəsində məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, habelə digər müraciətlərini elektron formada göndərməsini, elektron xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini (ödəniş xidməti təchizatçıları vasitəsilə), həmçinin dövlət informasiya ehtiyatının və sisteminin sahibi, operatoru, iştirakçıları və digər istifadəçiləri ilə qarşılıqlı əlaqəsini, eləcə də dövlət informasiya ehtiyatı və sistemi iştirakçısının Vahid Giriş Sistemi vasitəsilə identikləşdirilməklə dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə qarşılıqlı sənəd (məlumat) mübadiləsini təmin edən fərdi elektron səhifə;”;

5.2.1.3. 1.5-ci bənddə “həmin sahəni” sözləri “, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri” sözləri ilə əvəz edilsin;

5.2.2. 2-ci hissə üzrə:

5.2.2.1. 2.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.9–2.1.12-ci yarımbəndlər əlavə edilsin:

“2.1.9. istifadə rahatlığı – istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.1.10. funksionallıq və davamlı inkişaf – dövlət informasiya ehtiyatının və sisteminin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə etməklə həmin informasiya ehtiyatının və sisteminin daim təkmilləşdirilməsi;

2.1.11. operativlik – xidmət göstərilməsinin, informasiyanın əldə olunması və mübadiləsinin avtomatlaşdırılmış qaydada və sürətli şəkildə həyata keçirilməsi;

2.1.12. şəffaflıq – dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətində və xidmət göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi.”;

5.2.2.2. 2.5.1-ci yarımbəndə “adı” sözündən sonra “(müvafiq olaraq informasiya ehtiyatı və ya informasiya sistemi olması göstərilməklə)” sözləri əlavə edilsin;

5.2.3. 3.3-cü bəndə və 3.5.2-ci (hər iki halda) yarımbəndə “gücləndirilmiş” sözündən əvvəl “təkmil sertifikatlı” sözləri əlavə edilsin;

5.2.4. 5.10-cu bəndin ikinci cümləsinə “Reyestrə” sözündən sonra “, fərdi məlumatların işlənildiyi və mühafizə edildiyi dövlət informasiya ehtiyatına münasibətdə isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə” sözləri əlavə edilsin;

5.2.5. 6-cı hissə üzrə:

5.2.5.1. 6.0.4-cü yarımbəndə “əməkdaşlarını” sözündən sonra “təkmil sertifikatlı” sözləri əlavə edilsin;

5.2.5.2. 6.0.5-ci yarımbəndə “məlumatları” sözündən sonra “(sənədləri)” sözü əlavə edilsin;

5.2.5.3. 6.0.6-cı və 6.0.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“6.0.6. dövlət informasiya ehtiyatına və sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsini, habelə daxil edilmiş məlumatların aktuallığını, etibarlılığını, təhrifolunmazlığını, əlçatanlığını, tamlığını və konfidensiallığını təmin etmək üçün tədbirlər görmək;”;

“6.0.12. dövlət informasiya ehtiyatının və sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Əlaqələndirici quruma zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya ehtiyatına və sisteminə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;”;

5.2.5.4. aşağıdakı məzmunda 6.0.6-1-ci yarımbənd əlavə edilsin:

“6.0.6-1. dövlət informasiya ehtiyatı və sistemi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini, o cümlədən kibertəhlükəsizliyini aidiyyəti dövlət qurumları ilə birgə təmin etmək;”.

Son xəbərlər

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bakının bəzi ərazilərində qaz olmayacaq

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Kral III Çarlz Konqresdə NATO-nun qorunmasının vacibliyini vurğulayıb

Yeni pasportlarda Trampın şəkli olacaq?

Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu

NASA: ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930