Xəbərlər
28.07.2024, 00:17
CNN: Harris avqustun əvvəlində ABŞ vitse-prezidenti postuna namizədini açıqlayacaq
Hazırda Demokratlar Partiyasından prezident seçkilərində iştirak etmək üçün ən şanslı namizəd hesab edilən ABŞ-ın vitse-prezidenti Kamala Harris avqustun əvvəlində seçki yarışında öz namizədini açıqlayacaq.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
"O, özünü rahat hiss etdiyi və zərurət yaranarsa, prezident olmağa hazır olan birini seçəcək", - deyə mənbə CNN-ə bildirib. O əlavə edib ki, Harris hələ planlarını açıqlamayıb.
Potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir. İddiaçılar arasında Kentukki, Pensilvaniya və Şimali Karolinanın qubernatorları Endi Beşir, Coş Şapiro və Roy Kuper, Arizona senatoru Mark Kelli və ABŞ-ın nəqliyyat naziri Pit Butticic xüsusi qeyd edilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay