Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?

“Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir”.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Novoe vremya” portalına müsahibəsində bildirib.

Belə ki, o, jurnalistin “Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi - Şuşa şəhərini təmsil etmək üçün deputatlığa namizədliyinizi verməyi planlaşdırırsınızmı? Axı siz atanız, SSRİ Xalq artisti Bülbülün anadan olduğu və yaşadığı, sizin də həyatınızın çox hissəsini keçirdiyiniz şəhəri təmsil etməyə hamıdan çox layiqsiniz” sualına belə cavab verib:

“Siz, demək olar ki, düşüncələrimi oxuyaraq maraqlı sual verdiniz. Parlament seçkilərinin keçirilməsi istənilən dövlət və xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Əlbəttə, ruhum oradadır. Mən artıq 3 dəfə “Xarıbülbül” festivalında iştirak etmişəm. Əsasını ötən əsrin 90-cı illərində qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür etmək istəyirəm. Və əlbəttə ki, Şuşanın doğma Azərbaycana qayıtması Ali Baş Komandanın xidmətidir. Hər birimiz canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimiz qarşısında borcluyuq. Əgər şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyət beşiyi olan Şuşanın qaytarılmasını arzu edirdik və biz bunu etdik. İndi bizim əsas vəzifəmiz Qarabağın inkişafı və çiçəklənməsi üçün hər şeyi etməkdir”.

Qeyd edək ki, YAP-ın Şuşadan deputatlığa namizədi Babışova Leyla Adil qızıdır. O, 124 saylı Şuşa - Ağdam - Xocavənd seçki dairəsindən namizədliyini irəli sürəcək.

Xatırladaq ki, 79 yaşlı P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiridir.

Son xəbərlər

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930