Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru - ANALİZ

Pakistan Azərbaycanın dostudur. Bunu birmənalı olaraq vurğulamaq olar. Çünki Azərbaycanın dar günündə həmişə onun yanındadır. “Dost dar gündə tanınar” atalar sözünü Pakistan təsdiqləyib. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib.

Azərbaycanın müstəqilliyini tanıyan (1991-ci il dekabrın 12-si) ilk dövlətlərdən biri Pakistan İslam Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 32 il əvvəl qurulub. Dövlət və hökumət başçılarının qarşılıqlı olaraq bir-birinə səfərlər etməsi ikitərəfli əlaqələrin genişlənməsinə impuls verir. 1995-ci il oktyabrın 9-11-də ilk dəfə olaraq Pakistanın Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər edib. 1996-ci il aprelin 9-11-də Prezident Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu.

İslam Respublikasının Prezidenti mərhum Pərviz Müşərrəf 2004-cü il iyulun 8-10-da Azərbaycana rəsmi səfər etmişdi. 2005-ci il aprelin 12-13-də Prezident İlham Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu.

Habelə keçmiş Prezident Asif Əli Zərdari, sabiq Baş Naziri Şövkət Əziz, keçmiş hökumət başçısı Nəvaz Şərif Azərbaycana işgüzar və rəsmi səfərlər edib.

2023-cü il iyunun 14-15-də Pakistanının Baş Naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdi.
Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru - ANALİZ

Bu ilin fevralında Pakistan demokratiya imtahanından uğurla çıxıb. Ölkədə uğurla parlament seçkiləri keçirilib. Parlamentin Aşağı Palatasında - Milli Assambleyadakı 336 yerdən 96-sını Ədalət Uğrunda Hərəkat Partiyası qazanıb, 101 yeri müstəqil namizədlər tutub. 75 yeri Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlmanlar Liqası, 54-ünü Bilavala Bhutto Zardarinin lideri olduğu Pakistan Xalq Partiyası qazanıb. Parlamentdəki 70 yerdən 60-ı ənənəvi olaraq qadınlar, 10 yer isə qeyri-müsəlman olmayanlar üçün ayrılıb. Nəvaz Şərif koalisiya hökuməti quraraq ona başçılıq edir.

Yeri gəlmişkən, Pakistanda siyasi hakimiyyət dəyişsə də, bu iki dövlət arasında əlaqələrin yüksək səviyyədə qalmasına mane olmur. Bu, mövcud münasibətin hər iki dövlətin təməl maraqlarına uyğun olaraq davam etdiyini, onun siyasi hakimiyyətin dəyişməsnə təsir göstərmədiyini isbatlayır.

Torpaqları işğal altında olduğu dövrdə və 44 günlük müharibə zamanı bu demokratik İslam Respublikası birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Ovaxtkı Baş nazir İmran Xan 44 günlük qələbə münasibəti ilə təbrikində bildirmişdi ki, Pakistan xalqı bu qələbəni yüksək qiymətləndirir.

Ötən ilin yayında Prezident İlham Əliyevlə keçmiş Baş nazir Məhəmməd Şahbaz Şərif iki ölkə arasında münasibətlərin uğurlu olduğundan bəhs etmişdilər.
Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru - ANALİZ

Azərbaycanın dövlət başçısı açıqlamasında bildirmişdi: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”.

Şahbaz Şərifdə öz növbəsində bildirib ki, Azərbaycanın Pakistana münasibəti onlar üçün çox dəyərlidir: “Bizi, kəşmirli bacı-qardaşlarımızı ruhlandırır ki, onlar özlərinin müqəddəratlarının təyin edilməsi məsələsinə də bir gün nail olacaqlar. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad edib, ölkənizin ərazi bütövlüyünü bərpa edib. Pakistan Azərbaycanı hər zaman dəstəkləyib”.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb. Fond bu ölkədə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunub, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib.
Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru - ANALİZ

Bu, onu sübut edir ki, iki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir.

Pakistan rəsmiləri etiraf edir ki, hər idxalata, xüsusi ilə neft və təbii qaza 37 milyard dollar xərcləyirlər. İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi reallaşmır. Karbohidrogen enerjisi ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfkeşə ehtiyacı var. Azərbaycanın da Asiyanın uyğun bazarında İslam Respublikası ilə əməkdaşlıq etməsi faydalı olar. Bununla ölkəmiz Pakistanın yerləşdiyi regiondakı bazarda mühüm rol əldə edə bilər. Nəzərə almaq lazımdır ki, perspektivdə Orta dəhlizdən bu məqsədlə Pakistan da xeyir götürər.

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin bu günlərdə bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsini 25-30 milyon ABŞ dollarına çatdırmaq mümkündür. Onun sözlərinə görə, iki ölkə arasında 2021-ci ildə ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 11,6 faiz azalaraq 11 milyon 729 min dolları təşkil edib: “Bu ilin 10 ayında isə bu göstərici 19 milyon 045 min dollar olub”.

Bəhs etdiyimiz istiqamətlər Azərbaycanla Pakistan arasında iqtisadi ticarət əlaqələrini də yüksəltməyə potensial olduğunun göstəricilərindəndir.
Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru - ANALİZ

Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər. Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb olar. Bu il iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub. Belə görüşlərin bundan sonra davamlı xarakter daşıyacağına əminlik ifadə edilib.

Ehtimal etmək olar ki, yaxın illərdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin göstəricisi başqa sahələrdəki yüksək səviyyəli münasibətlərə uyğun olacaq. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri də tərəflərin mənafeyi və maraqlarını təmin etmək üçün töhfə verər.(Report)

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930