
Xəbərlər
30.01.2020, 14:39
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti Şöbəsinə rəis təyin edib.
Anews.az xəbər verir ki, nazirin müvafiq əmri ilə, sözügedən şöbəyə polkovnik-leytenant Əsgərov Sadin Nurəddin oğlu təyin olunub.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Xidməti Şöbəsinə bundan əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev rəhbərlik edirdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













