FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb
“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir. Orada sürüşməyə əsas səbəb sudur. Yağış yağdı, su kütləsi artdı və bununla da yamac hərəkətə gəldi. Yuxarıdakı quyular vasitəsilə sürüşmə zonasında suyun qarşısını bir qədər almağa çalışırıq”.
Bunu Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib. O bildirib ki, artıq 6 quyu işləyir, 1-2 günə isə 5 quyu da aktivləşdiriləcək: “Bununla vəziyyət stabilləşəcək. Badamdarda hələ kanalizasiya sistemi yeni inşa edilir. Həmin ərazidə yaşayış evlərinin kanalizasiya sistemi yoxdur. Bu evlərə müvəqqəti kanalizasiya çəkməliyik. Bundan sonra işlər davam etdiriləcək”.

Şöbə müdirinin sözlərinə görə, martın əvvəlində yuxarıda suqəbuledici quyunun qazılmasına başlanılacaq: “Quyunu daxildən bərkitmək üçün metal lövhələr lazımdır, bunlar da Yaponiyada istehsal olunur. Onlar gətirildikdən sonra quyular qazılıb divarları bərkidiləcək ki, heç bir hadisə baş verməsin. Bundan sonra başladığımız işləri daha intensiv şəkildə həyata keçirəcəyik. Terraslar yaradılacaq, sonra aşağı hissədən artıq kütləni hissə-hissə çıxardıb yerlərini düzəldəcəyik. Daxildə xırda işlər isə çoxdur”.

R. Rzayev qeyd edib ki, təxminən yayın sonuna ərazidə işlər tam yekunlaşacaq: “Üç quyu qazılacaq və onların hər birinə ən az bir ay vaxt lazımdır. Quyular qazılarkən digər işlər də davam etdiriləcək. Martda quyuların qazılmasına başlanılsa, yayın axırına işlər tamamlanmalıdır. Yuxarı hissədə diametri 3.5 metr, dərinliyi isə 30 metr olan quyular qazılacaq. Quyuların daxilinə texnika - qazma aqreqatı qoyulacaq. Quyunun içindən 50 metr uzunluğunda filtrlər çəkiləcək. Filtrlərə su daxil olub oradan quyuya axacaq. Çəkiləcək xətt vasitəsilə su kollektora gedəcək”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.(apa)

Son xəbərlər

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Nesrinin serialı 1 günə 5 milyon izləndi

GƏLƏCƏK İNSANI GÖZLƏMƏDƏN GƏLİR

Məhərrəmlik ayı bu tarixdə başlayır

Sənubər Səhər : Xeyr və şər təlatümü

Xəlil Mirzə : Xəyal dünyam - FOTO

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

“Tvin Piks”in ulduzu vəfat etdi

Bakını bir də belə görün - Fotolar

Gözəl qardaşlara mərd bacı oldum - FOTO

Ərdoğan Paşinyanla danışdı

"Kızılcık şerbeti"ndə ayrılıq - FOTO

72 kq arıqlayan aktrisa tanınmaz halda - FOTOLAR

Putin onların suallarını cavablayacaq

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930