Xəbərlər
7.02.2024, 22:44
İsrail Prezidenti Blinkenlə görüşüb, ABŞ-yə təşəkkür edib
İsrail yaxın gələcəkdə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşacağına ümid edir.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.
Dövlət başçısı Fələstinlə münaqişənin kəskinləşməsi fonunda ABŞ-nin İsrailə göstərdiyi dəstəyə görə Blinkenə təşəkkür edib, Qəzza zolağında girovların tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib.
Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl yəhudi dövlətinin hakimiyyət orqanları Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərini dəfələrlə bəyan ediblər.
22 sentyabr 2023-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərək, tərəflərin Yaxın Şərqdə sülh və rifahın yeni dövrünü açacaq diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını söylədi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay