Gənclərə dəstək hər birimizin borcudu - FOTO

Gənclərə dəstək hər birimizin borcudu

Sağlamlığın Qorunması İctimai Birliyi, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə 4 fevral tarixində Xətai Sənət Mərkəzində “Gənclər Günü” münasibəti iləgənclərin əl işləri, rəsm əsərlərindən ibarət sərgisi keçirildi.
Bu sərginin keçirilməsi demək olar ki, ənənəyə çevrilib.Burda əsas məqsəd gənclərimizin sevdiyi sənətə marağının daha da artırılması,ictimaiyyətdən uzaqda qalan gənclərimizin istedad və bacarıqlarının üzə çıxarılması, onların həvəsləndirilməsi, tədbirlərdə və layihələrdə iştirakını dəstəkləmək, ümumiyytlə cəmiyyətdəki fəallığını təmin etməkdir, hətta ölkədən kənarda belə sərgilərdə iştirak edib ölkəmizə uğurlarla qayıtması üçün onları ruhlandırmaqdır.

Demək istəyirəm ki, “Sağlamlığın qorunması” İctimai Birliyi tərəfindən mütəmadi olaraq belə sərgilər təşkil olunur. Sağlamlığın qorunması İB-nin sədri Yazgül Abdıyeva xanım tərəfindən 2 fevral 2020-ci il və 5 fevral 2022-ci il tarixlərində gənc rəssamların rəsm sərgisi keçirilmişdi.
Sərgidə rəssam Lalə Hüseynzadə, Leyli Abbasova, Gülanə Qasımlı, Şəfa Əsgərova, Arzu Zeynalova Aysu Əsgərli, Aydan Poladovanən rəsm əsərləri, Aytac Həsənova, Salatın Qasımova və Nuranə Hacıyevanın isə əl işləri sərgiləndi.
Bu sərgidə şəhid övladlarının da əl işləri və rəsmləri nümayiş olundu.Adam bir birindən maraqlı, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsmlər, həmçinin əl işləri bu sərgidə göz oxşayır, baxdıqca baxmaq istəyirdi.
Sərgini giriş sözü ilə Sağlamlığın Qorunması İctimai Birliyinin sədri Yazgül Abdıyeva açıq elan edərək sərgiyə gələn qonaqları salamladı, öz təşəkkürünu bildirdi.Sərginin keçirilmə məqsədindən, İB tərəfindən həyata keçirilən bu tədbirlərin mütəmadi xarakter daşımasından bəhs etdi. Hər zaman öz fəaliyyəti ilə fərqlənən Yazgül xanım ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin gənclərimizin istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğuladı,gənclərə öz dəyərli tövsiyyələrini verdi.
Sağlamlığın qorunması İctimai Birliyi "Sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələrə imza atdığının şahidi olmuşuq, onun hər sahənin fəaliyyət göstən gənclərinə diqqət və qayğısını danmaq olmaz.
Üçüncü dəfə həyata keçirilən bu sərgi də belə qayğılardan biridir.
Tədbirdə çıxış edən Zəfər Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, "Sara Xatun" Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli , əməkdar artist Nuriyyə Hüseynova, şairə-həkim Rəfiqə Abbasova, şairə Aybəniz Qaragilə Qafarlı, şair Gəray Göyyurd, şəhid ailələri və digər qonaqlar gənclərin fəaliyyətini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzuladılar.
4 saatdan çox davam edən bu tədbir o qədər maraqlı və gözəl keçdiyindən vaxtın necə keçdiyini hiss etməyən qonaqlar tədbirin sonuna qədər iştirak etdilər.
Tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi isə tədbir iştirakçılarına xüsusi zövq verdi.Sonunda Sağlamlığın Qorunması İctimai Birliyinin sədri Yazgül Abdıyeva və digər təşkilatlar tərəfindən rəssamlar və əl işləri nümayiş olunan gənclər “Gənclər gününə həsr olunmuş” Rəsm və əl işləri sərgisində fəal iştiraklarına görə təltif edildilər.Bu ənənənin davam edəcəyindən əminəm.
Gənclər bizim gələcəyimizdi,gələcəyimizi qorumaq isə bir vətəndaş kimi hamımızın borcudu.

Aybəniz Q.Qafarlı
Gənclərə dəstək hər birimizin borcudu - FOTO
Gənclərə dəstək hər birimizin borcudu - FOTO
Gənclərə dəstək hər birimizin borcudu - FOTO
Gənclərə dəstək hər birimizin borcudu - FOTO

Son xəbərlər

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031