SOLMAZ ŞİRİN:DAYANMA, YAN - FOTO
DAYANMA, YAN
Nə yatmısan, qara baxtım?
Bir ayılıb, oyansana!
Üz çevirdin, məni atdın,
Bir üz-üzə dayansana!
Aç gözünü, Günəşə bax,
Günəş kimi bir sən də yan!
Aydan nur al, könlümə ax,
Sən də Ayla bir gün oyan!
Aç qolların toy-büsata,
Qoyma məni dərd əritsin.
Ruhum oyat, qoyma yata,
Qoyma ömrüm hədər itsin!