Azərbaycanda şirkət yüzlərlə işsizi aldadıb axırıncı qəpiklərini də alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində 211 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan “ELİV” işədüzlətmə şirkətinin əməkdaşları Elvin Məhərrəmov, Məcid Məcidov və Ceyhun Qələbəyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən E.Məhərrəmovun vəkili müdafiə etdiyi şəxsin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb. Zərərçəkmişlər vəsatətin təmin olunmasına etiraz ediblər: “Hamımızı aldadıblar. Bizim pullarımızı geri qaytarsınlar. Pullarımızı tələb edirik”.

Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə prosesi yanvarın 24-ə təyin edilib.

İttihama görə, bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq külli miqdarda pullarının ələ keçirilməsi barədə polis orqanlarına şikayət ərizələri verib, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, dəymiş ziyanın ödətdirilməsinə kömək göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən cinayətin Bakı şəhər sakini Məcid Məcidovun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyənləşdirilib.

Mütəşəkkil dəstənin digər üzvləri – paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət işi üzrə 211 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. (virtualaz.org)

Son xəbərlər

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031