Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə olub
Bakı Apelyasiya Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, apellyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Daha sonra Elina Hacıyevanın nümayəndələri şikayətin məhkəmə istintaqı ilə baxılması ilə bağlı vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı 2020-ci il yanvarın 8-ə təyin edilib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.

Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib.(apa)

Son xəbərlər

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031