Mən kəntdən çıxanda qatarla çıxdım,
Mən kəntdən çıxanda qatarla çıxdım,
Qatarlar yol aldı üfüqə sarı.
Bir az da təlaşla, qübarla çıxdım
Başladı ömrümün dəmir yolları !

Uşaq arzuların qəmi, qayğısı
İstəyi, sevgisi səfərdə qaldı.
Qatar-qatar olan gənclik duyğusu
Aşdığım hasarda, çəpərdə qaldı !

Fit səsi eşitdim ruh avazıdan,
Qatarlar uzanıb, uzağa döndü.
Bir uşaq apardı Qarayazıdan
O uşaq ömürlük qaçağa döndü !

Məni qatar ilə apardı yollar
Daha o qatardan düşüb gəlirəm.
Nələr öyrənmişəm, nələr yollarda,
Yolların dərsində bişib gəlirəm !

Qatardan - qatara qaçaq olmuşam
Qəhərdən kövrələn uşaq olmuşam,
Deyəsən özümdən uzaq olmuşam,
Getdiyim izimə düşüb gəlirəm !

Peşiman dönmürəm getdiyim yoldan
Görənlər deməsin çaşıb gəlirəm.
Keçilməz zirvədən, aşılmaz yaldan,
Gördüyüm dağları aşıb gəlirəm !

Duyğuma bir qatar dərd düşüb ana,
Rüzgarım yolumdan sərt düşüb ana,
Yadıma o köhnə yurd düşüb ana
Çağlayıb , məcramı daşıb gəlirəm !


İlqar həkim !
Bakı--2023

Mən kəntdən çıxanda qatarla çıxdım,

Son xəbərlər

Masallıda qəza olub, ölən və xəsarət alanlar var

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031