Mədəni İrs Forumu çərçivəsində "Qarabağ incəsənət düşərgəsi" sərgisi açılıb
Dekabrın 18-19-da keçirilən Mədəni İrs Forumu çərçivəsində “Gülüstan” sarayında "Qarabağ incəsənət düşərgəsi" adlı rəssam və heykəltaraşların əsərlərindən ibarət sərgi təşkil olunub.

turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə işğaldan azad olunmuş Qarabağa Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən səfərlər zamanı sənətkarların ərsəyə gətirdikləri əl işləri yer alıb. Ekspozisiyada, həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da nümayiş olunur. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.

Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən azadsan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltaraşlıq nümunələri maraq doğurur.

Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar - maddi mədəniyyət nümunələri təqdim edilir. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər maraqla qarşılanır.

Sərgidə, həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.

Son xəbərlər

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Mən səni eradan əvvəl sevmişəm - FOTO

Məşhur aktyor “Yeraltı”dan getdi - FOTO

"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub - FOTOLAR

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Kadir İnanır vəfat etdi

Xalq adamı - FOTO

Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Polis 61 nəfəri saxladı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi” - Kamaləddin Qafarov

Niderland Tunis millisini məğlub etdi

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

“Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930