Rəssam İnna Kostinanın “Yerin, göyün baharı…” adlı fərdi sərgisi açılıb
Noyabrın 19-da Müasir İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, rəssam İnna Kostinanın “Yerin, göyün baharı…” adlı fərdi sərgisi açılıb.

Turaztv.az xəbər verir Sərginin açılışından əvvəl AZƏRTAC-a müsahibə verən İnna Kostina bildirib ki, sərgiyə 3 il hazırlaşıb. Bu illərdə 150-dən çox əsər yaratsa da, məkan kiçik olduğundan o, yalnız sərgidə 90-a yaxın əl işini nümayiş etdirir. Budəfəki sərgidə insan vücudu və ruhu mövzusuna toxunduğunu deyən İnna Kostina deyib ki, yaratdığı əsərlər bir qədər mücərrəd məna daşıyır.
“Nar röyaları” silsilə əsərlərindən danışan İnna Kostina bildirib ki, bu ideya onda Qarabağ müharibəsində günahsız bir qızcığazın ölümündən sonra yaranıb. Əsərlərdən birində o həmin qızcığazı nar meyvələri arasında yatılı, başqa bir əsərində isə işığa doğru pərvazlanan şəkildə təsvir edib ki, bu da Qələbənin simvolu hesab oluna bilər.
Açılışda sərginin kuratoru tanınmış rəssam Altay Sadıqzadə İnnanı təbrik edib. Bildirib ki, uzun illərdir muzeydə sərgi keçirilmir. Bu mənada bugünkü tədbir rəssam üçün bir bayramdır. “Əsərlərə diqqətlə baxsaq müəllifin qəlbində gizlətdiyi məqamları görmək olar. Sərgidə incə zövqlə işlənmiş, bir az da insanda yuxu təəssüratı yaradan mənzərə şəkilləri sərgilənir. Ümid edirəm İnna bizi gələcəkdə də təəccübləndirməkdə davam edəcək”, - deyə Altay Sadıqzadə əlavə edib.
Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək bildirib ki, İnna səfirliklə uzun illərdir əməkdaşlıq edir: “Ümid edirəm bu əməkdaşlıq belə bir sərginin Latviyada da açılmasına səbəb olacaq”.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.Qeyd edək ki, sərginin müddəti dekabrın 20-dəkdir.

Rəssam İnna Kostinanın “Yerin, göyün baharı…” adlı fərdi sərgisi açılıb
Rəssam İnna Kostinanın “Yerin, göyün baharı…” adlı fərdi sərgisi açılıb
Rəssam İnna Kostinanın “Yerin, göyün baharı…” adlı fərdi sərgisi açılıb
Rəssam İnna Kostinanın “Yerin, göyün baharı…” adlı fərdi sərgisi açılıb

Son xəbərlər

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31