
Xəbərlər
16.12.2023, 22:26
Beydulla Gəraylı: Səbr elə - FOTO
Səbr elə.
Əgər başın bəlayə,
Düşsə də döz səbr elə.
Keçsə günün fənayə,
Nə din,nə bez, səbr elə.
Verəcəklər çox ümid,
Olma bala, naümid,
Vur dilinə bir kilid,
Möhkəm ol,döz,səbr elə.
Azıb qal dərd içində,
Boğul borc xərc içində,
Gizli-gizli içində,
Ağlasın söz,səbr elə.
Arama çox, yoxdur iş,
Eylə buna sən vərdiş,
Ta ki ola pərvəriş,
Yumula göz,səbr elə.
Gəraylı şeir yazır,
Həm özünə gor qazır,
Hər cəfayə ol hazır,
Müşkülü çöz,səbr elə.
Düşsə də döz səbr elə.
Keçsə günün fənayə,
Nə din,nə bez, səbr elə.
Verəcəklər çox ümid,
Olma bala, naümid,
Vur dilinə bir kilid,
Möhkəm ol,döz,səbr elə.
Azıb qal dərd içində,
Boğul borc xərc içində,
Gizli-gizli içində,
Ağlasın söz,səbr elə.
Arama çox, yoxdur iş,
Eylə buna sən vərdiş,
Ta ki ola pərvəriş,
Yumula göz,səbr elə.
Gəraylı şeir yazır,
Həm özünə gor qazır,
Hər cəfayə ol hazır,
Müşkülü çöz,səbr elə.
B.Gəraylı...16.12.2023.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









