Britaniyanın tanınmış siyasətçiləri və ekspertləri Azərbaycanda keçiriləcək COP29 tədbirinin qlobal əhəmiyyətini vurğulayıblar
Londondakı Kings Kollec Universitetində Dubayda təşkil edilmiş COP28 tədbirinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Britaniyada nəşr olunan “Diplomat” jurnalının, Siyasət İnstitutu və Sıfır Emissiya Missiyası üzrə Koalisiyanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Britaniyanın tanınmış siyasətçiləri və iqlim sahəsində aparıcı ekspertləri, o cümlədən keçmiş Baş nazir Tereza Mey, enerji təhlükəsizliyi və sıfır emissiya üzrə kölgə naziri Ed Miliband, Britaniyanın keçmiş biznes, enerji və sənaye naziri Kris Skidmor, Londonda akkreditə olunan diplomatik korpusun və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, konfransın açılış mərasimində çıxış edən Tereza Mey yaşıl enerjinin ekoloji və iqtisadi faydalarından bəhs edib və ölkəsinin sıfır emissiya məqsədi istiqamətində gördüyü işlər və planlarından söhbət açıb. O, ölkələri COP28-də qəbul olunmuş qərarları vaxt itirmədən icra etməyə çağırıb.

Tədbir çərçivəsində “Gələcək COP tədbirləri üçün ambisiyalar nələrdən ibarət olmalıdır” mövzusunda panel iclasında çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməklə bağlı namizədliyini Şərqi Avropa qrupundakı digər ölkələrlə yanaşı, Ermənistanın da dəstəkləməsi tarixi hadisədir. Bunun iki ölkə arasında birbaşa ikitərəfli danışıqlar nəticəsində mümkün olduğunu vurğulayan E.Süleymanov yaşıl enerjiyə keçidlə bağlı səylərin regionda davamlı sülhə də töhfə verməsinin sevindirici olduğunu əlavə edib. O qeyd edib ki, Azərbaycanın namizədliyini Ermənistan da daxil olmaqla Şərqi Avropa qrupuna daxil olan bütün ölkələrin yekdilliklə dəstəkləməsi ölkəmizə göstərilən etimadın nəticəsidir. Bu, həm də təkcə Azərbaycanın deyil, bütün regionun uğurudur və Azərbaycan COP tədbirinin növbəti ev sahibi kimi bütün regionu təmsil edəcəkdir.

Səfir nəzərə çatdırıb ki, Azərbaycan alternativ enerjiyə keçid səylərinə görə regionda liderdir və bu istiqamətdə fəaliyyətləri gün keçdikcə artırır. Azərbaycanın 2019-cu ildən etibarən 120 üzv ölkənin üzv olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi ölkəmizin çoxsaylı tərəflərin maraqlarını bir nöqtədə birləşdirməyə və konsensus əldə etməyə qadir olduğunun göstəricisidir.

Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı atdığı konkret addımlardan bəhs edən E.Süleymanov söyləyib ki, inkişaf etməkdə olan ölkələrin zəruri texnologiya və investisiyalara çıxışının təmin olunması COP çərçivəsində qoyulan hədəflərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edir. Diplomat Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan ölkələrin COVID-19 pandemiyası əleyhinə vaksinlərə ədalətli çıxışının təmin edilməsi istiqamətində uğurlu təcrübəsini nümunə gətirərək vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində digər məsələlərlə yanaşı, inkişaf etməkdə olan ölkələrin zəruri texnologiyalarla təmin olunması məsələsini irəli apara bilər. Səfir COP29 tədbirinə ev sahibliyi edəcək Azərbaycanın prosesə müsbət töhfə vermək və tədbiri uğur hekayəsinə çevirmək üçün bütün tərəfdaşlarla işləməyə hazır olduğunu diqqətə çatdırıb.

Həmin panel iclasında çıxış edən Britaniyanın birlik ölkələri, enerji, iqlim və ətraf-mühit məsələləri üzrə sabiq naziri Lord Qoldsmit biomüxtəliflik, təbiətin qorunması və canlandırılması kimi məsələlərə diqqət çəkərək, bu istiqamətdə Azərbaycanın ev sahibliyi ilə keçiriləcək növbəti COP tədbirində konkret addımların atılmasının arzuedilən olduğunu deyib.

Çıxış edənlər COP28 tədbirinin yekununda qəbul olunmuş sənədlərdə ənənəvi yanacaq vasitələrindən keçid məsələsi barədə razılıq əldə olunmasını mühüm irəliləyiş kimi qiymətləndiriblər. Çıxışlarda, həmçinin gələcək COP tədbirlərində prosesə özəl sektorların cəlb edilməsinin, təbiət və biomüxtəlifliyin qorunması, eləcə də iqlim dəyişikliyinin sağlamlığa olan zərərlərinin prioritet sahələr kimi nəzərdə saxlanmasının vacibliyi vurğulanıb. İqlim dəyişikliyinin qarşısının alınması üçün ən vacib amilin indiyədək keçirilən tədbirlərdə qəbul edilmiş qərarların icrasından birbaşa asılı olduğunu söyləyən natiqlər Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 tədbirindən bu istiqamətdə müsbət gözləntilərin yüksək olduğunu bildiriblər.

Tədbirin sonunda çıxış edən Ed Miliband Britaniyanın prosesə sadiqliyinə diqqət çəkib və qeyd edib ki, Azərbaycanda keçiriləcək tədbir də daxil olmaqla növbəti iki il ərzində həyata keçiriləcək işlər iqlim dəyişikliyinin qarşısının alınması üçün dövlətlər tərəfindən müəyyənləşdirilmiş hədəflərə çatılması baxımından həlledici olacaq.

Son xəbərlər

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031