Adil Əliyev: Azərbaycan xalqı Zəfər seçkisində bir daha öz Liderini dəstəkləyəcək
Prezident İlham Əliyev tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə imzalanmış Sərəncamla 2024-cü ilin 7 fevralında seçkilərin keçirilməsi təyin olunub. Təyin olunmuş növbədənkənar Prezident seçkisi Azərbaycan xalqına öz iradəsinin vaxtından əvvəl ifadə etməsinə şərait yaradır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

Adil Əliyev qeyd edib ki, bu seçkiləri bizim üçün mötəbər edən növbəti vacib bir hadisə isə ilk dəfə olaraq seçkilərin bütün Azərbaycan ərazisində keçirilməsi ilə bağlıdır. Artıq ölkəmiz ərazi bütövlüyümüzü bərpa etməklə ölkə ərazisindəki “Boz zona”ya son qoyaraq suverenliyimizi bərqərar edib. İlk dəfə olaraq keçmiş məcburi köçkünlər öz dədə-baba yurd-yuvalarında səs verəcək, səsvermədə iştirak edəcəklər. Bu isə xalqımızın legitim hüququnun həyata keçirməsinin məhz kulminasiya nöqtəsidir.

“Bütün namizədlərə növbəti dəfə seçkidə bərabər imkanlarla çıxış etməsi və namizədliklərini irəli sürmək üçün demokratik mühit yaradılıb. Təəssüflə qeyd etməliyəm ki, bəziləri hələ də hansısa səbəbdən bu prosessə kölgə salmağa cəhd edirlər. Bəs sual yaranır ki, bunlar kimlərdi. Məhz marjinal müxalifət olan və dəstəkçi sayı 5000 nəfəri tapa bilməyərək, partiyalarını qeydiyyatdan keçirməyə aciz olanlardı. Onlar Vətən müharibəsindən əvvəl Qarabağı unudun və bu məsələnin həllinin qeyri-mümkün olmasını bildirənlər idi.

Daha sonra qazanılmış tarixi Qələbədən sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələrindən utanmayıb bu Qələbəyə kölgə salmağa cəhd edənlər idi. Hər dəfəsində Xankəndi şəhərinin heç zaman azad olmayacağı kimi cəfəng fikirlər səsləndirib, insanlarımız arasında qütbləşməyə cəhd edənlər məhz 19 sentyabrda 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə növbəti dəfə susmağa məcbur oldular”,- deyə vitse-spiker vurğulayıb.

Adil Əliyev bildirib ki, bu gün düşmənin 30 il davam etmiş işğalına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə son qoyulub, Azərbaycanın gücü və qüdrəti dünyaya nümayiş etdirilib. Nəticədə şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. İndi isə Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə seçkiyə hazırlaşır. Dövlət bütün namizədlərə imkan yaradır.

“Lakin, cəmi bir suala cavab tapsaq bu prosesi də həll etmiş ola bilərik. 5000 nəfər dəstəkçi tapa bilməyən və partiyasını qeydiyyatdan keçirməyi bacarmayanların dəstəkçi taparaq namizəd kimi qeydiyyata alınması mümkün deyildir. Məhz Azərbaycan xalqı ölkədəki siyasi partiyaların vahid bəyanatla çıxış etdiyi zaman həmin bəyanata öz şəxsi ambisiyalarına qoşulmayanları da gözəl tanıyır.

Təbii ki, bu gün öz gücünü və qüdrətini dünyaya nümayiş etdirmiş, ən güclü ordulardan və iqtisadiyyatdan birinə sahib olan Azərbaycan xalqı bundan sonra da ona tarixi Qələbəni bəxş edən, hər zaman xalqına verdiyi sözü tutan öz Liderini təkrarən seçərək, onun rəhbərliyində uğur qazanacaqdır”,- deyə Milli Məclis sədrinin müavini xüsusi olaraq qeyd edib.

Son xəbərlər

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031