Əsirlikdə olan hərbçinin anası: Ötən səkkiz ayda canımız ağrısa da, indi hər şeyi unutduq
Erməni əsirliyində olan Aqşin Bəbirov və Hüseyn Axundov barədə dünən artıq şad xəbəri aldıq. Belə ki, əldə olunan razılığa əsasən onlar əsirlikdən azad olunacaq. AZƏRTAC-ın əməkdaşları da bu xəbərin sevincini bölüşmək üçün Aqşin Bəbirovun ailəsinə qonaq olub.

Ermənistanda hərbi əsirlikdə olan Aqşin Bəbirovun anası Durdanə Bəbirova keçirdiyi hissləri, təəssüratını bölüşərək deyib: “Sevincimizin həddi-hüdudu yoxdur. Şükürlər olsun ki, balama qovuşmağıma az qalıb. Mən Prezidentimizə oğlumu əsirlikdən azad etdiyinə görə minnətdarlığımı bildirir, onun qarşısında baş əyirəm. Dövlətimin başçısı biz analara elə sürpriz etdi ki, ötən səkkiz ayda yaşadığımız çəkdiklərimizdən canımız ağrısa da, xəstəlik tapsaq da, hər şeyi unutduq. Bu günə şükürlər olsun”.
Dürdanə Bəbirova ilk dəfə oğlunun azad olunması şad xəbərini Hüseyn Axundovun anası Şəlalə Axundovadan alıb. O, xəbər alanda keçirdiyi hissələri sözlərlə ifadə etməkdə çətinlik çəkir. Lakin eyni zamanda o, bu xəbəri hər kəslə bölüşüb, sevincini hamıya çatdırmaq istədiyini bildirir: “Onu deyə bilərəm ki, biz nə yerdə, nə göydəydik, biz ayaqda canlı meyit idik. Amma dünən o şad xəbəri eşitdiyimizə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Bir ana kimi təşəkkür edirəm. Bizim hər zaman qürur duyduğumuz dövlətimizə, dövlət başçımıza inanırdıq ki, övladlarımızı Ermənistanın əsirliyində qoymayacaq, orada qalmalarına imkan verməyəcək”.
Əsirlikdə olan hərbçinin anası: Ötən səkkiz ayda canımız ağrısa da, indi hər şeyi unutduq


Dürdanə xanım deyir ki, şad xəbəri eşitməmişdən əvvəl səhhətində yaranan problemlərlə bağlı müalicə alırmış. Amma bu müalicədə onu sağaldan əsas vasitə oğlunun şad xəbəri olub.
O, indi artıq oğluna qovuşacağı anı səbirsizliklə gözləyir. Qayıdanda oğlunun ən sevdiyi yeməkləri bişirəcəyini deyir: “Onun ən çox sevdiyi toyuq qızarmasıdır. Mən Aqşin əsir düşəndən toyuq qızartmasına əlimi atanda belə gözümün yaşı boş qalmayıb. İndi mənim ən xoşbəxt günümdür. Düzdür, hələ balama sarılmamışam, amma onun bir şad xəbəri gəlib. Yəni bundan artıq xoşbəxt olacağıma inanmıram. Mənim ancaq xəyallarım bundan sonra oğlum üçün qapılara elçi getməkdir. Öz-özümə deyirdim, oğul, mən sənə qız gətirəcəyəm, mən sənə toy edəcəyəm. Sən məni peşman etməzsən”.

Son xəbərlər

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031