Ermənistanda əsirlikdə olan Hüseynin anası: Arxayın idim ki, Prezidentimiz nə mənim övladımı, nə də Aqşini erməni əsirliyindən buraxmaz
Oğlumun erməni əsirliyindən azad ediləcəyi xəbərini eşidəndə sevincimdən elə qışqırdım ki, qonşular səsimə gəldilər. Elə bilmişdilər ki, oğlumdan bəd xəbər almışıq. Çünki bir gün əvvəl Hüseynin ömürlük həbs cəzasına məhkum olunması xəbərini eşitmişdik. Həqiqətən həmin gün ölümdən qayıtdım...

Bu sözləri AZƏRTAC-ın əməkdaşına müsahibəsində Ermənistanda hərbi əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova söyləyib.

Oğlunun erməni əsirliyindən azad ediləcəyi xəbərini qızından eşidən Şəlalə Axundova təəssüratlarını bölüşərək deyib: “Qızım gəldi, qapıdan girəndə dedi, ay ana, belə xəbər yayılıb. Mən sevincimdən qışqırdım, neyləyəcəyimi bilmədim. Ümumiyyətlə, səkkiz ayda ilk dəfə belə hisslər keçirdim. Oğlumun ömürlük həbs xəbərini alandan sonra bu xəbər mənə qeyri-adi gəldi. Cənab Prezidentimiz mənə, biz valideynlərə elə gözəl hiss yaşatdı ki... Oğlumun erməni əsirliyindən qurtarılması bizim üçün sürpriz oldu”.

Şəlalə Axundova bildirib ki, o, ötən aylarda Hüseynin qayıdacağına ümidini bir an belə itirməyib. “Arxayın idim ki, cənab Prezidentimiz heç vaxt nə mənim övladımı, nə də Aqşini (əsirlikdə olan digər hərbçimiz – red.) erməni əsirliyində buraxmaz. Bizim oğullarımızı qaytaracaq. Aqşinin anası ilə daim danışırdıq. Bir-birimizə təsəlli verirdik. Sağ olsun Prezidentimiz, bizi bu iztirabdan qurtardı”.

Daha sonra Hüseynin böyük bacısı Mətanətlə söhbət edirik. Qardaşının əsirlikdən azad olunacağı xəbərini eşidəndə sevincdən göz yaşlarını saxlaya bilmədiyini söyləyən Mətanət deyib: “Qardaşım məktəb illərindən sonra fəhləlik edərək ailəmizi saxlayıb. Sonra əsgərliyə yollandı. Əsir düşməmişdən qabaq tez-tez danışırdıq, hər şey normal idi. Sonra əsir düşdüyünü öyrəndik. Allah o günləri bir də yaşatmasın, nələr çəkmədik...”.

Qardaşı əsir düşəndən sonra Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsilə danışdıqlarını bildirən Mətanət qeyd edib ki, Hüseynin geri qaytarılacağına hər zaman inanıb: “Dünən xəstəxanada idim, yoldaşım əməliyyat olmuşdu. Kefimiz də yox idi. Yaxın rəfiqəm zəng elədi ki, belə bir xəbər eşitmişəm. İnanmadım. Axşam saat 9-10 arası olardı. Sonra teleqramda, mətbuatda oxudum. Sevincimdən tez taksiyə minib evə gəldim. Anam sevindiyindən bir yerdə dayana bilmirdi, güclə sakitləşdirdik. Sağ olsun Prezidentimiz, bizə bu sevinci yaşatdı. Həm ağlayırıq, həm sevinirik, qarışıq hisslərdir. Sevincimizin həddi-hüdudu yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Son xəbərlər

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031