Yeni Azərbaycan Partiyası xalqın Heydər Əliyevə sevgisi və inamından yaranıb
1992-ci il noyabrın 21-i müstəqil Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri kimi tarixə yazılıb. Məhz təqvimin bu günündə bir qrup mütərəqqi ziyalımızın təşəbbüsü ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Toplantıda YAP-ın yaradılması haqqında qərarın verilməsi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilməsi tarixi hadisəyə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O vurğulayıb ki, bu, həmin dövr idi ki, Ermənistan siyasi birləşmələri tərəfindən torpaqlarımız işğal olunur, ölkədə fəaliyyətdə olan siyasi partiyalar dövlətin, xalqın maraqlarını bir yana qoyub, vəzifə uğrunda mübarizə aparırdı. Qanunların işləməməsi isə vətəndaş itaətsizliyi ilə nəticələnmişdi. Bununla yanaşı, ölkəni bürümüş separatizm alovu dövlətçiliyimiz üçün ciddi təhdid mənbəyinə çevrilmiş, xalqımız müstəqilliyini itirmək təhlükəsi ilə baş-başa qalmışdı. Yeni idarəçiliyə, həqiqi liderə ciddi ehtiyac yaranmışdı. Köhnə bir partiyalı avtoritar sistemdən qopmuş Azərbaycanın güvənli, fikir plüralizmini, insan hüquq və azadlığını prioritet seçən, eyni zamanda hər bir vətəndaşın üzvü ola biləcəyi təsisata ehtiyac var idi.

Ölkədə qeydiyyata alınan partiyaların nizamnaməsinə uyğun gəlməyən fəaliyyətləri etimadsızlıq mühiti yaratmışdı. Məhz YAP-ın təsis edilməsi bu tarixi zərurətdən yarandı. Bundan başqa Azərbaycan cəmiyyəti müasir dövlətçilik prinsiplərinin vacib şərtlərindən birinin dövlətin idarəçilik sisteminin kadr bazasının formalaşması olduğunu çox yaxşı bilirdi. Amma həmin dövrdə nə hakimiyyətdə olan naşılar, nə də digər siyasi təşkilatlarda bu potensial yox dərəcəsində idi. Ona görə də vətəndaşlarımızın xalqın əfsanəvi lideri olan Heydər Əliyevin yanında dayanması və müstəqil Azərbaycan Respublikasının təşəkkül və inkişaf tarixinin yol xəritəsi olan YAP-ı seçməsi təsadüfi deyildi. Tariximizin xilaskar lideri Heydər Əliyevin belə bir siyasi təşkilatın sədri olması yeni yaranmış bu quruma ümumxalq sevgisi gətirdi. Çünki Heydər Əliyevin adı və imzası ölkəmizdə fəaliyyət göstərən irili-xırdalı bütün partiyalardan daha yüksəkdə dayanırdı. Məhz bunun nəticəsi olaraq xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Ulu Öndərin tarixi qərarlarının nəticəsi olaraq ölkəmiz, xalqımız təhlükəli bəlalardan qurtuldu. Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu, uğursuz daxili və xarici siyasi kurs dəyişildi, ciddi islahatlar nəticəsində siyasi sabitlik və davamlı inkişaf bərqərar olundu, ölkəmiz beynəlxalq münasibətlər sistemində vacib tərəfdaşa çevrildi.

Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən YAP 1993-cü ildə keçirilən prezident seçkilərinə qatıldı. Ulu öndər Heydər Əliyev namizəd kimi seçici səslərinin 98,80 faiz səs toplayaraq fantastik qələbə qazandı və bütün dünyaya Azərbaycan xalqının şəriksiz lideri olduğunu sübut etdi. Prezident Heydər Əliyev Azərbaycanın strateji xəttini müəyyənləşdirərək ölkəmizin inkişafı istiqamətində ciddi addımlar atdı, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasına nail oldu, iqtisadi islahatlar nəticəsində isə respublikamız nəhəng investorların maraq dairəsinə düşdü. Beləliklə, Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafının təməl prinsipləri təşəkkül tapdı.

Yarandığı gündən bütün seçkilərdə qalib gələn YAP hər birimiz üçün Azərbaycanın, onun müstəqilliyinin xilaskarlıq rəmzidir. Çünki həmin dövrün reallıqları sübut edir ki, Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan yox idi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətindir.

Xatırladım ki, YAP-ın 2005-ci il martın 26-da keçirilən III qurultayında Prezident İlham Əliyev partiyanın yeni sədri seçildi. Ötən illər ərzində böyük inkişaf yolu keçən bu partiya nəinki ölkəmizin, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilməyi bacardı. Prezident, YAP sədri kimi ölkəmizin başçısı verdiyi bütün vədlərə sadiq qalaraq torpaqlarımızı erməni işğalından azad edərək Azərbaycanın tarixi haqqını özünə qaytardı, bizə zəfər yaşatdı.

Ötən əsrin sonlarında yaranaraq müstəqilliyimizin, xalqımızın xilaskarına çevrilən YAP bu əsrdə Azərbaycanın ərazi bütövlüyünün tam təminatçısı kimi qəhrəmanların partiyası oldu.

Siyasi şərhçi sonda qeyd edib ki, YAP ölkəmizdə yaşayan bütün xalqların, millətlərin, bir sözlə, hər birimizin partiyasıdır. YAP bizim üçün həm də müqəddəslik məbədidir, xilaskarlıq simvoludur. Çünki YAP anadan olmasının 100-cü ildönümünü təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin əbədi lider olduğu xalqın partiyasıdır.

Son xəbərlər

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: YALANDIR

Temperatur 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Prezident Çinlə imzalanan memorandumu təsdiqlədi

Axtarışda оlan 387 nəfər sərhəddə saxlanılıb - RƏSMİ

Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

Ermənistan bizə təzminat ödəməlidir - Ombudsman

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

Elçin Ağacanov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

İki hərbçimiz faciəvi şəkildə öldü

Zelenski-Zalujnı qarşıdurması böyüyür

Azərbaycandan “Altın Kelebey”i onlar ALDI

Bu gün 23 dərəcə isti olacaq

ABŞ 2024-cü ildə orbitə 20-dən çox hərbi peykin buraxılmasını planlaşdırır

Respublika Əlillərin Reabilitasiya Mərkəzində 3 dekabr Beynəlxalq əlillər günü qeyd olundu - FOTO

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

Azərbaycanda daha bir uşaq QIZILCADAN ÖLDÜ

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Bakıda Qazaxıstanın "HasSak" etnofolklor qrupunun konserti təşkil edilib

Prezident BƏƏ-də tədbirdə iştirak edir

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031