ABŞ və Qərb Ermənistanın saxta məlumatlarına inanıb Azərbaycana təzyiq göstərmək ritorikasından əl çəkməlidir – ŞƏRH
ABŞ dünyada hegemonluq etməklə sabitliyi pozaraq ölkələrdə iqtisadiyyatların dağıdılmasını və ondan böyük qazanc əldə etməsini özü üçün siyasi xətti seçib. Son 60 ilə diqqət yetirsək görərik ki, dünyada baş vermiş müharibələrin və çevrilişlərin əsas müəllifi ABŞ-dır. Vaşinqton suveren ölkələrə müxtəlif adlarla daxil olub və özü ilə fəlakətlər gətirib, amma heç bir dövlətə sabitlik və inkişaf aparmayıb. Biz bunu Vyetnam, Əfqanıstan, Liviya, İraq, Suriya, Afrika ölkələrinin timsalında görmüşük. Eyni zamanda, ABŞ-ın “demokratiyaya dəstək” adı altında yaratdığı “narıncı inqilab”lar və “ərəb baharı”nın nəticələrinin şahidi olmuşuq. ABŞ-ın siyasəti Ukrayna kimi böyük iqtisadiyyata malik bir ölkəni məhvə aparır və iki qardaş xalq arasında ömürlük düşmənçilik toxumu səpib. Beləliklə, ABŞ-ın imzası olan yerdə həmişə fəlakətlər görürük.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Vaşinqtonun müharibələr törətdiyini, sonra da öz silahını, baha qiymətə enerji resurslarını satdığını vurğulayan deputata bildirib: “ABŞ ərəb ölkələrində yaratdığı faciələrdən yararlanaraq onların enerji resurslarını talayır, milyardlarla dollar qazanc əldə edir. Ona görə də dünya tarixində son 60 illik öz gücü ilə torpaqlarını işğaldan azad edən müstəqil Azərbaycan dövlətinə ABŞ-ın münasibəti birmənalı deyil”.
Deputat qeyd edib ki, Azərbaycanın ABŞ-ın yardımına ehtiyacı da yoxdur. Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk və heç kimdən asılılığımız yoxdur. Ona görə də sözümüzü mərd-mərdanə hamıya deyirik və heç kimin diktəsini qəbul etmirik.
“ABŞ müstəqilliyimizin ilk illərindən bəri Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyib. Belə ki, 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımızı işğal etməsinə baxmayaraq, Azərbaycan sanki işğalçı kimi qələmə verildi, nəticədə isə ABŞ-ın ölkəmizə yardımını dayandırmasını nəzərdə tutan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş qəbul olundu. Bu düzəliş 10 il qüvvədə qaldı və Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında ABŞ-dan yardım almayan yeganə dövlət oldu. Bu, ABŞ rəhbərliyinin erməni lobbisinin əlində alətə çevrildiyinin əyani sübutudur. Çünki Azərbaycana qarşı beynəlxalq hüquqa zidd və ədalətsiz bir addım atılmışdı. İndi ABŞ konqresdə erməni lobbi qruplarının sifarişi ilə Azərbaycana qarşı qərəzli müzakirələr aparır və yenidən ədalətsiz addımlar atmaq istəyir. Eyni zamanda, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Ceyms O'Brayn Konqresdəki dinləmələrdə çıxışında Azərbaycan haqqında sərt tənqidlər səsləndirib. ABŞ açıq şəkildə Bakıya bildirib ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq və hərbi yardımlar dayandırılacaq.
ABŞ və Qərb Ermənistanın saxta məlumatlarına inanıb Azərbaycana təzyiq göstərmək ritorikasından əl çəkməlidir – ŞƏRH


O'Braynın açıqlaması ona görə ədalətsizdir ki, müzakirə olunan yer Azərbaycan əraziləridir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsinin imzanmasının tərəfdarıdır. Ermənistan isə Qərb platformasından sui-istifadə etməklə danışıqlarda üstünlük qazanmağa, özlərinin çirkin niyyətlərini təsdiqlətməyə çalışır. Amma həm Qərb, həm də Ermənistan unutmasın ki, bugünkü Azərbaycan 1990-cı illərin dövləti deyil. Bu gün Azərbaycan dövləti özünün ədalətli mövqeyini müdafiə etmək iqtidarındadır və Ermənistanla sülh müqaviləsinin imzalanmasının beynəlxalq hüquqa söykənməklə həyata keçirilməsini tələb edir”, - deyə A.Badamov qeyd edib.
Deputat bildirib ki, bundan əlavə, ötən əsrin 80-ci illərində Ermənistandan deportasiya olunmuş 250 min azərbaycanlının öz ata-baba yurdlarına qayıtması və Ermənistanın işğalında qalmış anklavlar məsələsi sülh müqaviləsində əks olunmalıdır. Eyni zamanda, ABŞ və Qərb Ermənistanın saxta məlumatlarına inanıb Azərbaycana təzyiq göstərmək ritorikasından əl çəkməlidir. ABŞ və Qərb beynəlxalq hüquqa hörmət edərək ədaləti dəstəkləsəydi, BMT-nin qətnamələrinin icrası üçün 28 ildə Ermənistana təzyiq göstərərdi.
Onun sözlərinə görə, ABŞ rəsmiləri Azərbaycana qarşı qərəzli açıqlamaları və hədələri işlətməklə bizi haqq yolumuzdan çəkindirə bilməzlər. Bundan əlavə, ABŞ-ın ölkəmizdəki təsisatlarının fəaliyyətinə də yenidən baxmalıdır. Çünki bu gün açıq şəkildə ünvanımıza təzyiq dolu açıqlamalar səsləndirdiyi kimi, onların ölkəmizdə siyasi sabitliyi pozmaq üçün addımlar atacağı da gözləniləndir.

Son xəbərlər

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930