BMT Baş katibi: buzlaqların əriməsi fəlakətlər yaradır
Nepal otuz ildən bir qədər çox müddət ərzində buzlaqlarının təxminən üçdə birini itirib. Antarktida və Qrenlandiya hər il milyardlarla ton buz kütləsindən məhrum olur.

BMT-nin Baş katibi Antonio Quttereş Nepalda çıxış edərək, "dünyanın damının yoxa çıxması” təhlükəsi ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, rekord dərəcəli temperatur buzlaqların sürətlə əriməsinə gətirib çıxarır, dünyanın bütün sahilyanı bölgələri təhlükə altındadır.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, buzlaqların əriməsi su ilə dolmuş göllərin və çayların daşması, bütün yaşayış məntəqələrini daşqın suları altında qoyması deməkdir. Onun sözlərinə görə, dəniz səviyyəsinin rekord sürətlə yüksəlməsi bütün dünyada sahilyanı bölgələrin sakinləri üçün təhlükə mənbəyidir.

"Böhran getdikcə artır, Nepalın buzlaqları son on il ərzində əvvəlki onilliyə nisbətən 65 faiz daha sürətlə əriməyə başlayıb. Bu, o deməkdir ki, fəlakətin ikinci mərhələsi getdikcə yaxınlaşır, bu isə buzlaqların tamamilə yox olması deməkdir", – deyə o həyəcan təbili çalıb.

Buzlaqlar su mənbələridir, Himalay dağı silsiləsindəki buzlaqlar bir milyarddan çox insanı şirin su ilə təmin edir. Buzlaqların həcmi azalanda çaylarda suyun səviyyəsi də aşağı düşür. Gələcəkdə Himalay bölgəsinin Hind, Qanq və Brahmaputra kimi böyük çayları əhəmiyyətli dərəcədə dayazlaşa bilər. BMT-nin Baş katibi Nepaldakı Himalay dağlarının fonunda çıxış edərək, duzlu suyun daxil olmasının bu çayların deltalarını məhv edəcəyini bəyan edib.

"Bu, fəlakətin baş verməsinə gətirib çıxaracaq: ovalıqlarda yerləşən ölkələr və icmalar əbədi olaraq yer üzündən silinəcək. Su və torpaq uğrunda şiddətli rəqabət şəraitində milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalacaq. Dünyada daşqınlar, quraqlıqlar və torpaq sürüşmələri getdikcə çoxalacaq".

“Bu gün mən “dünyanın damından” bu fəlakətlə bağlı xəbərdarlıq etmək istəyirəm: bu ağılsızlığı dayandırın”, - deyə, BMT Baş katibi bəşəriyyətə müraciət edib. Buzlaqlar əriyib gedir, bizim isə getməyə yerimiz yoxdur. Yerin təkindən çıxarılan yanacaq sənayesi dövrü ilə vidalaşmalıyıq. Hazırda bu fəlakətlə birbaşa üz-üzə dayanmış və faciənin son həddinə yaxınlaşmış insanları xilas etməliyik”.

O, Paris İqlim Sazişində qeyd olunan son həddi xatırladıb: qlobal temperatur 1,5 dərəcə ətrafında saxlanılmalıdır.

"Bu həddən sonra bəşəriyyəti "iqlim xaosu" gözləyir”, - deyə BMT rəhbəri xəbərdarlıq edib.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031