Polkovnik: Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir
Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir. Bu, İranla Ermənistan arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib.

Hər iki ölkənin Azərbaycana yönələn terrorçu fəaliyyəti ilə diqqət çəkdiyini vurğulayan polkovnik bildirib: “Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti otuz il davam edib və 44 günlük Vətən müharibəsi ilə nəticələnib. Azərbaycan müharibə nəticəsində işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyümüz təmin olunub. Lakin müharibədən iki ildən çox vaxt ötsə də, Ermənistan terror və təxribatlarından əl çəkmir.

Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən İran Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv münasibət bəsləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və digər məsələlər İranın ölkəmizə qarşı məkrli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsini ifşa edib. DTX tərəfindən deşifrə edilən İran casuslarının çoxluğu rəsmi Tehranın ölkəmizə düşmən münasibətinin göstəricisidir. İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və digər adlar altında həyata keçirməyə çalışıb”.

Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, hazırda İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İranla Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. Otuz il ərzində torpaqlarımızın işğal altında qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasının yaxın iştirakçısı olan İran bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir.

“İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında yer alıb, ona kəşfiyyat məlumatları, hərbi və iqtisadi baxımdan ciddi yardımlar göstərərək anti-Azərbaycan fəaliyyət həyata keçirib. Həmin müharibədə həlak olan hər bir şəhidimizin qanına İranın da əli batıb və bu reallıq təkzibedilməzdir. Lakin İran bilməlidir ki, Azərbaycana qarşı düşmənçilik və Bakıda onun pozucu fəaliyyəti bu ölkə üçün acı nəticələrə, ciddi fəsadlara gətirib çıxara bilər. Azərbaycanla təzyiq və təhdid dilində danışmaq heç bir dövlətə fayda verməyib və İran da bu məsələdə istisna təşkil etməyəcək”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Son xəbərlər

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31