Qurban Qurbanov: Hakimlər penalti epizodlarında böyük klublara simpatiya bəsləyirlər
“Eyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penalti qərarı verməyəcəkdi”.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda Almaniyanın "Bayer" klubuna 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis son dəqiqələrdə rəqibin lehinə təyin edilən penaltidən narazılığını bildirib: “Belə epizodlarda həmişə böyük klublara simpatiya bəslənilir. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir?”.

O, azarkeşlərin maraqlı görüş izlədiklərini söyləyib: “Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş dəstəyi qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm də dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən özümüzün daha diqqətli olmağımızın tərəfdarıyam. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə ərzində bu cür komandanı, güclü futbolçuları canlı izlədilər. Belə matçlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir”.

O, Leverkuzendəki 1:5 hesablı məğlubiyyətdən sonra yaxşı toparlandıqlarını deyib: “Böyükhesablı məğlubiyyət mən də daxil olmaqla, futbolçulara pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirik. Rəqibi analiz edərkən futbolçular çox diqqətli oldular, meydanda da intizamlı oynadılar, səbirli oldular".

Q.Qurbanov müdafiə xəttində dəyişikliyi məcburiyyətdən etdiyini söyləyib. “Müdafiədə nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə ilk “onbirlik”lə hazırlaşırıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin Cəfərquliyev də çox yorulmuşdu. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Cəfərquliyev və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı”, - deyə o vurğulayıb.

Təcrübəli mütəxəssis penaltiyə görə kapitan Maksim Medvedevə iradının olmadığını bildirib: “Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər oyunlarda belə penaltilər olub ki. Dünən “Mançester Yunayted”in matçında ikinci qolda həm qırmızı vərəqə, həm də penalti verdilər. Belə penalti vermək sadəlövhlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur”.

Onun sözlərinə görə, qapıçı Andrey Lunyovun zədəsi ciddidir: “Dizində ciddi ağrı var. Bəlkə də, yenidir. Çox ciddi zərbə olmuşdu. Sabah daha dəqiq məlumat verə bilərik”.

Baş məşqçi çempionat matçlarında da dolu tribunalar önündə çıxış etmək arzusunda olduqlarını sözlərinə əlavə edib. “Çempionatımızda da bu qədər azarkeşin olmasını istəyərdik. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Oyunu azarkeşlər üçün oynayırıq. Daha çox insanı stadiona cəlb etməyi, futbolu onlara sevdirməyi düşünməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, bir sözlə, hamımız futbolu ölkəmizdə sevdirməliyik”, - deyə Q.Qurbanov söyləyib.

Son xəbərlər

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031