Azərbaycan və İran prezidentlərinin Daşkənddəki görüşü qonşu ölkənin mətbuatında geniş işıqlandırılıb
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanda keçirilən 16-cı Zirvə toplantısında Prezident İlham Əliyev ilə Prezident İbrahim Rəisinin görüşü İran mətbuatında geniş işıqlandırılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, İranın rəsmi dövlət informasiya agentliyi olan İRNA, həmçinin İSNA, İLNA, “Mehr news”, “Fars news” saytları “İran və Azərbaycan Respublikası arasındakı münasibətlər iki xalqın dərin əlaqələrinə əsaslanır” başlıqlı xəbərlər dərc ediblər. Materiallarda qeyd olunub ki, iki qonşu və dost ölkə iqtisadiyyat, ticarət və nəqliyyat sahəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər.

Hər iki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir. Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin artmasında mühüm rol oynayacaq. Bu dəhlizdən, eyni zamanda, region ölkələri də istifadə etmək imkanı qazanacaqlar ki, bu da İran ilə Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq.

Nəzərə çatdırılıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın Qarabağı işğaldan azad etməsi regiona sülh və əmin-amanlıq gətirəcək.

Materiallarda vurğulanır ki, İran və Azərbaycan prezidentlərinin görüşü iki qonşu və dost dövlət arasındakı münasibətlərdə yeni mərhələnin əsasını yaradacaq, bu mərhələdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri daha genişlənəcək.

Son xəbərlər

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930