Xəbərlər
2.11.2023, 21:16
“Bir millət, iki dövlət” adlı mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub
Noyabrın 2-də Türkiyə Yerel Basın Birliğinin “İktidar” qəzetinin və “Mirtalıblı Group” şirkətinin təşkilatçılığı ilə “Bir millət, iki dövlət” adlı mükafatlandırma mərasimi keçirilib. Mükafat alanlar arasında AZƏRTAC və qurumun İnsan Resursları Departamentinin müdiri Esmira Tağıyeva da var.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən “Mirtalıblı Group” şirkətinin rəhbəri Ləman Mirtalıblı tədbirin müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə və Zəfər Gününə həsr edildiyini bildirib.
“İktidar” qəzetinin təmsilçisi Həsən Məmmədov bu cür tədbirlərin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da dərinləşməsində əhəmiyyətli rol oynadığını söyləyib.
Tədbirdə Azərbaycanda öz sahələrində tanınmış həkimlər, iş adamları, elm xadimləri, sənətkarlar, dövlət təmsilçiləri, idmançılar, media təmsilçiləri, jurnalistlər mükafatlandırılıb.
Mükafarlandırma mərasimində çıxış edən Esmira Tağıyeva noyabrın qələbə ayı olduğunu deyib. Bildirib ki, ölkəmizin qazandığı bütün uğurların arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasəti və Azərbaycan Ordusunun şücaəti dayanır. O eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna toxunaraq, ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu, dəstəklədiyini söyləyib. “Bu gün həm AZƏRTAC-ın, həm də mənim bu mükafatı almağım olduqca qürurvericidir”, - deyə E.Tağıyeva qeyd edib.
AZƏRTAC bu mükafata respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi kimi layiq görülüb. AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələrdə dəqiq və operativ informasiya yayır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay