Azərbaycanda iş adamı kriminal avtoritetin sifarişi ilə öldürülübmüş

Gəncə Ağır Cinayətlər Məhkəməsində Samuxda iş adamı Aytəkin Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Mehdiyev və Tural Yusifovun cinayət işi üzrə məhkəmə keçirilib.

Araşdırmalar zamanı A.Hüseynovun xeyli müddət Ukraynada yaşaması və orada kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olması, 2020-ci ildən isə Azərbaycana köçüb Samuxun Sərkar kəndində yaşaması məlum olub.

Bir müddət sonra isə Ukraynada yaşayan Saatlı rayon sakini 1993-cü il təvəllüdlü Elvin Mehtiyev həmin ölkənin vətəndaşı olan tanışı Samik Babayevlə birgə orada yaşayan Ruslan adlı kriminal avtoritetin sifarişi ilə Azərbaycana gəlib. Onlar birgə Gəncəyə gedərək avtomobil icarəyə götürüblər. Bundan sonra E.Mehtiyev Sərkar kəndində yaşayan 1989-cu il təvəllüdlü Tural Yusifovla əlaqə saxlayaraq ona kömək etməsini xahiş edib.

Eyni zamanda Ukraynada olan Ruslan adlı şəxs Aytəkin Hüseynova zəng edərək qonaqlarının kəndə gəldiyini və onları qarşılamasını tapşırıb.

Samuxda Beşyol adlanan ərazidə Turala məxsus avtomobildə A.Hüseynovu gözləyən Elvin onun yaxınlaşdığını görərək avtomobildən düşüb və bıçaq çıxararaq ürək nahiyəsindən vurub. O, A.Hüseynovun öldüyünü görəndən sonra ona məxsus telefondan yazışmaları və zəngləri silərək gizli yollarla ərazidən uzaqlaşıb.

Məhkəmədə Elvin Mehtiyev hadisəni sifarişlə törətmədiyini deyib. O bildirib ki, Ukraynada olarkən Aytəkinlə arasında münaqişə yaranıb və A.Hüseynov ona silahla atəş açaraq xəsarət yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesin yekununda E. Mehdiyev Cinayət Məcəlləsinin 120.2.5 (sifarişlə adam öldürmə), T. Yusifov isə 32.120.2.5 (sifarişlə adam öldürmədə iştirak) maddələri ilə təqsirli bilinib. Elvinə 18, Turala isə 16 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Ruslan adlı şəxsin məsuliyyətə cəlb edilib-edilməməsi ilə bağlı hələlik məlumat yoxdur.

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031