Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlət başçılarının siyasi iradəsi və qətiyyəti sayəsində bu əlaqələrin özünün ən yüksək zirvəsinə çatdığı, Şuşa Bəyannaməsinin iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi üzrə yeni hədəfləri müəyyən etdiyi vurğulanıb. Bu çərçivədə dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycan və Türkiyənin ortaq tarixi, mədəniyyəti, dəyərləri ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədri qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin əhəmiyyətini, cəmiyyətlərimizdə ailə institutuna, qadınların roluna göstərilən münasibəti qeyd edib, müasir qloballaşma şəraitində bu dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Sahibə Qafarova Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının ailə və uşaqlara qayğı, qadınların cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, ailə dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində qarşılıqlı fəaliyyətinin və təcrübə mübadiləsinin əhəmiyyətini ifadə edib. O, hər iki parlamentin müvafiq komitələri arasında əməkdaşlığın bu sahədə işbirliyinə töhfə verə biləcəyini diqqətə çatdırıb.

Görüşdə qardaş ölkə parlamentləri arasında əlaqələrə toxunularaq, geniş və uğurlu əlaqələrin mövcud olduğu, ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əsasda və beynəlxalq parlament təşkilatları çərçivəsində geniş və uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Milli Məclisin sədri “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş Azərbaycanda olmaqdan məmnunluğunu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini, xoş gündə də, çətin gündə də bir yerdə olduğumuzu diqqətə çatdırıb. Mahinur Özdemir Göktaş Azərbaycana səfəri, ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib. Nazir, həmçinin rəhbərlik etdiyi qurumla Azərbaycanın müvafiq dövlət orqanları arasında əməkdaşlıqdan danışıb.

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031