Fransa portalı Şuşa ilə bağlı reportaj yayımlayıb
Fransanın “Musulmans en France” portalı Azərbaycanın Qarabağ bölgəsi, o cümlədən Şuşa ilə bağlı reportaj yayımlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Rus İcması sədrinin birinci müavini, siyasi icmalçı, CBC telekanalının müxbiri Anastasiya Lavrina tərəfindən dünyaşöhrətli fotojurnalist Rza Deqati ilə birlikdə hazırlanan reportajda birinci müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində, o cümlədən Şuşada ermənilər tərəfindən törədilmiş kütləvi dağıntılar və talanlar barədə danışılır, şahid ifadələrinə geniş yer verilir.

Reportajda 2020-ci ildə 44 günlük müharibədə azad edilən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu bildirilir. Qeyd olunur ki, Şuşanın azad edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu döyüşlərin nəticəsidir. Şuşa şəhərinin azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Süjetdə, həmçinin Şuşanın tarixi haqqında məlumat verilir.

Anastasiya Lavrina və Rza Deqati Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə Şuşa özünümüdafiə batalyonunun yaradıcısı Ramiz Qəmbərovun ailəsində olub. Milli Qəhrəmanın qardaşı Hafiz Qəmbərov və digər yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, R.Qəmbərov Şuşanı bütün qəlbi ilə sevirdi və doğma şəhəri uğrunda son nəfəsinə qədər döyüşdü. Hafiz Qəmbərov Şuşada olan evlərinin dağıntıları qarşısında göz yaşlarını saxlaya bilmir, başlarına gələnləri nəql edir. Bildirir ki, 1992-ci ildə şəhər işğal olunanda bütün əhali mal-mülkünü qoyaraq şəhəri tərk edib.

Reportajda Rza Deqati də şəxsən tanıdığı Ramiz Qəmbərovla son görüşü barədə xatirələrindən danışır. Qeyd edir ki, 1992-ci ilin aprelində Şuşa mühasirəyə alınanda o, Ramiz Qəmbərovla çay süfrəsində bir şəkil çəkib və onu “Şuşada sonuncu çay” adlandırıb. Sonradan bu şəkil nəinki Azərbaycanda, bütün dünyada ən məşhur fotolardan birinə çevrilib.

Rza Deqati Ramiz Qəmbərovun qəhrəmanlığından da danışıb. Bildirib ki, o, Şuşadan çıxmayacağını, şəhəri müdafiə edəcəyini və son damla qanına qədər döyüşəcəyini deyib, həyatda olduğu müddətdə buradan heç bir düşmənin keçə bilməyəcəyini qeyd edib. R.Deqati Ramiz Qəmbərovun çox zarafatcıl biri olduğunu, yoldaşları ilə daim deyib-güldüyünü bildirib.

Süjetdə, həmçinin diqqətə çatdırılıb ki, işğal illərində Şuşadakı məscidlər, tarixi və mədəniyyət abidələri dağıdılıb, tanınmış şəxsiyyətlərin, o cümlədən Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün büstləri vandalizmə məruz qalıb və satılıb. Yalnız Şuşa azad edildikdən sonra həmin heykəllər əvvəlki yerinə qaytarılıb.

Sonda vurğulanıb ki, Şuşa uğrunda canlarını qurban verən şəhidlərin ruhu bu gün şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Şuşa bu gün azaddır.

Son xəbərlər

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930